"Dolomit" MMC cərimə edilir
Şəki şəhərində qum-çınqıl karxanalarını istifadə edən "Dolomit" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etməyə görə) protokol tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 228 maddəsi ilə protokol tərtib edilib.
Sözügedən maddəyə əsasən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
İş Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyevin icraatındadır.
Sadiq İsbəndərov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay