BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
40462

“Bu qərarla xidmət sahəsində mümkündür ki, qiymətlər bahalaşsın, amma ümumi qiymət artımına təsir göstərəcək gücdə deyil”.

Bunu Valyuta.az-a iqtisadçı Xalid Kərimli mikrosahibkarlarla bağlı Vergi Məcəlləsinə edilən dəyişikliyi şərh edərkən deyib.

İqtisadçı qeyd edib ki, qərar bir və iki işçisi olan mikrosahibarlara  təsir edəcək və onların daha çox vergi verməsinə səbəb olacaq:“

Burda güzəşt 3 və daha çox işçisi olan mikrosahibkarlara və  digər subyektlərə bu qərarın heç bir təsiri yoxdur. Xidmətinin qiymətini artıra bilməyən sahibkarlar isə əvvəl daha çox qazanırdılarsa, indi az qazanacaqlar”.

Xalid Kərimli bildirib ki, mikrosahibkarlar daha çox xidmət sahəsinə yönəlib:

“Eyni zamanda bir sıra fərdi fəaliyyət göstərən xidmət sahələri, layihələr, İT xidmətləri, konsultantlar da mikro sahibkarlardı”.

Qərarın verilmə səbəbləri haqqında da danışan həmsöhbətimiz qeyd edib ki, bununla bağlı müəyyən səbəblər var:

“İlk olaraq, dövlət sektorunda işləyən muzdlu işçilər maaşlarından 20 faizdən çox vergi verirdilər. Mikrosahibkarlar isə bu vergini vermirdilər deyə bu qərarı tətbiq etdilər.  İkinci, vergidən yayınmaların qarşısını almaq üçün bu qərar verildi. Mikro sahibkarlar işləri böyüyəndə onu iki-üç fərdi şəxsin arasında bölürdülər ki, mikrosahibkar kimi dövriyyələrini kiçiltsinlər. Yəni vergidən qanuni yayınma mexanizmləri var idi, ondan istifadə etsinlər.  Məsələn, bir nümunə, blogerlər link paylaşa-paylaşa kifayət qədər gəlir əldə edirlər. Onlar güzəştdən yararlanırdı, təmizlikçi, fəhlə güzəştdən yararlana bilmirdi. Ona görə də bu kimi hallar nəzərə alınıb qərar verildi”.

Qeyd edək ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinə dəyişiklik edilib. Mikro sahibkarların gəlir vergisinin məbləği 5 faizdən 20 faizə yüksəlib. 

Yanvarın 1-ə kimi sahibkarların gəlirlərinin 75 faizi vergidən azad idi. Bu ildən etibarən isə bu güzəşt ən azı 3 işçisi olan sahibkarlara aid ediləcək.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Payızdan etibarən bu ölkədə dördgünlük iş həftəsi tətbiq ediləcək

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin