Bakıda parkda yaşıllıqları qurudub restoran tikmək istədilər (FOTO/VİDEO)
Bakı şəhərində yaşıllıq ərazini hasara alıblar.
Valyuta.az oxu.az-a istinadən xəbər verir ki, bubarədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında yerləşən bina ətrafındakı park hasarlanıb.
Ərazidə restoran tikintisinin nəzərdə tutulduğu və buna qədər ağacların qurudulduğu deyilir.
Tikintiyə aidiyyəti qurumlardan icazə verilib-verilmədiyi bilinmir.
Qeyri-iş günü olduğu üçün sakinlər Nizami Rayon İcra Hakimiyyətindən məlumat ala bilmədiklərini qeyd ediblər.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindənbildirilib ki, parkın hasara alınma cəhdinin qarşısı alınıb:
“Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nizami rayonu, Elşən Süleymanov 24 ünvanında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib, beş və16 mərtəbəli yaşayış binalarının ətrafında istifadədə olan parkın hasara alınması faktı aşkarlanıb. Nəticədə Baş İdarə tərəfindən sözügedən tikinti işləri dərhal dayandırılaraq cəhdin qarşısı alınıb”.
Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məsələ aydınlaşdırılacaq və məlumat veriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay