DOST Agentliyi cərimələnə bilər - Qurum barəsində protokol tərtib olunub
Dayanlıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, Agentlik İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndırilib.
347-ci maddəyə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.
DOST Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədovdur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay