
Meriyanın idarəsi məhkəmə qarşısında
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki İdarəsi yol hərəkəti qaydalarının əleyhinə inzibati xəta törətməkdə ittiham olunur.
Valyuta.az xəbər verir ki, İdarə barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə protokol tərtib olunub.
İş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
347-ci maddədə vəzifəli şəxslərin 150 manat məbləğində, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay