
Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb
Sentyabrın 22-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) təsis yığıncağı keçirilib.
AHİK-in mətbuat xidmətindən Valyuta.Az-a bildiriblər ki, birgə qərarla Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb. Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov TDHİT-nin prezidenti, Azərbaycan Həmkarlar İttifaqları Komitəsinin sədri Səttar Möhbalıyev vitse-prezidenti, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin Baş katibi, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arslanbekov Təftiş komissiyasının sədri seçilib.
Həmçinin TDHİT Şurasının tərkibi təsdiqlənib. Qurumun mənzil-qərargahı Türkiyənin paytaxtı Ankara şəhərində yerləşəcək.
Təşkilatın Qurultayının bu il noyabrın 29-da Ankara şəhərində keçirilməsi barədə qərar qəbul olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay