BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32543

Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə yeni peşə ixtisası yaradılıb

7 sentyabr tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda bacarıqlara və məşğulluğa çıxışın təmin edilməsi” layihəsi çərçivəsində yeni təşəbbüsə start verilib.

Valyuta.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink və digər rəsmi şəxslər, özəl sektor təmsilçiləri və media nümayəndələri iştirak ediblər.  

Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son illər peşə təhsilində beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirilən layihələrin bu təhsil pilləsində keyfiyyətin artırılması baxımından vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb. Elm və təhsil naziri həmçinin özəl sektorun peşə təhsilin inkişafında oynadığı rola da diqqət çəkib. Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink isə qeyd edib ki, ümumi iqtisadi faydaları ilə yanaşı, bu cür layihələrin hər kəs üçün yeni iqtisadi imkanlar yaradacağına inanır. Bu layihə Azərbaycanda həyata keçirilən çoxsaylı digər uğurlu dövlət-özəl tərəfdaşlığı təşəbbüslərindən biri olacaq.

Mərasimin sonunda Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Avrora” MMC arasında sənayenin tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində qida istehsalı sahəsində ixtisaslı kadrların hazırlanması, tələbələrin bilik və bacarıqlarının artırılması, dual proqramların yaradılması, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən təşəbbüs çərçivəsində qida istehsalı sahəsində sənayenin tələblərinə və sifarişlərinə uyğun kadr hazırlığına dəstək məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Avrora” MMC tərəfindən “unüyütmə istehsalının aparatçısı” ixtisası üzrə kurikulum hazırlanmışdır. Cari tədris ilindən etibarən peşə təhsil pilləsində bu ixtisasın tədrisinə başlanılır.

Fotolar: Tural Paşa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin