Bu gün kolleclərə qəbul olanların qeydiyyatı başlayır
Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır
Bu gündən ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir.
Elm və Təhsil Nazirliyindən valyuta.az-a bildirilib ki, qəbul olunmuş şəxslər //portal.edu.az/ sistemində qeydiyyatdan keçərək, “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin, tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeydiyyat sentyabrın 13-də başa çatacaq.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay