BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
31795

Mebel şirkəti olan “Beshome” MMC cərimələnə bilər. 

Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş başlanıb. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Azər Tağıyevin icraatına verilib. 

430.4-cü maddəyə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

“Beshome” MMC 25 yanvar 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Babayev Nail Baba oğludur. 

“Beshome” MMC və Nail Babayev barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Bununla belə, dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət tenderlərdə fəal iştirak edir. 

“Beshome” MMC 2022-2023-cü illər ərzində 11 tenderin qalibi olub. Bu tenderləri aşağıdakı qurumlar keçirib: 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB); 
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət); 
Dövlət Turizm Agentliyi 
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti; 
Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST); 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası; 
Dövlət Sosial Müdafiə Fondu; 
Azərbaycan Turizm Bürosunun tenderlərinin qalibi olub. 

Hüseyn
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Rusiya və Çin Dəmir Yolları əməkdaşlıq müqaviləsi imzaladı – Detallar

Azərbaycan əhalisinin sayı açıqlanıb

Dünyada ən çox satılan 6 kitab

Sabah yağış intensivləşəcək

Azərbaycanda dollara tələb 2,4 dəfə azalıb

Azərbaycanda dollara tələb 2,4 dəfə azalıb

“TBC Kredit”də geriləmə - mənfəəti 18 % azalıb

Tural Pirverdiyev: Son iki ildə internetin sürəti 92% artıb

Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək

Bu il Azərbaycan təbii qaz ixracını 18 %-dən çox artırıb

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Azərbaycanda aprel ayı üzrə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

Aynur Sabitova yeni vəzifəyə təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinatlar olub

Rabitəbankın Müşahidə Şurasında yeni təyinatlar olub

Xarici ölkələrdə pensiya yaşı neçədir?

34 minə yaxın uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb - Nazirlik rəsmisi

"Bank VTB Azərbaycan"ın Müşahidə Şurasına təyinat olub

Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Üç ayda 3 min ton çay istehsal olunub

Dünyanın ən yaxşı təhsil sisteminə malik 7 ölkə

Minimum aylıq və yaxud saatlıq əməkhaqqı sistemi: Maaşlar artacaqmı?

Bu yolda sürət həddi endirildi

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakıda 12 ildir plana düşən ərazi niyə sökülmür? (VİDEO)

Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

Bu evlərə “kupça” verilməyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin