BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8397
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1407
30260

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun avtomobilinin qarşısını kəsmək istəyən vəzifəli şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1978-ci ildə Gədəbəy rayonunda doğulmuş, ali təhsilli, evli, Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) iş icraçısı vəzifəsində çalışan Nazim İsmayılov (ad-soyad şərti) 9 iyul 2023-cü il tarixdə “VAZ 2107” markalı avtomobillə Gəncə şəhərindəki H.Əliyev prospektində yerləşən xəstəxananın qarşısında saxlayıb, başçının orada olub-olmadığını soruşub.

Bu zaman mühafizə işçisi ona icra başçısının avtomobilinin həyətdə olduğunu, lakin özünün orada olub-olmadığını bilmədiyini deyib. O mühafizəçiyə bildirib ki, işlə bağlı narazılığı var və nə olursa-olsun başçısı ilə görüşməlidir. Deyib ki, "lazım olsa" maşınını Niyazi Bayramovun avtomobilinin qarşısına sürüb onu saxlayacaq və sözünü deyəcək. Sonra da əsəbi vəziyyətdə avtomobilə oturaraq oradan uzaqlaşıb. 

Nazim İsmayılov hərəkətdə olan zaman nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarmaq və yolun səthində çoxsaylı təkər izlərini buraxmaqla avtoxuliqanlıq edib. Polis onu saxlayaraq, barəsində protokol tərtib edib və işi məhkəməyə göndərib. 

Məhkəmənin qərarı ilə Nazim İsmayılov İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılıb və 20 gün müddətində inzibati qaydada həbs edilib. 

Qeyd edək ki, Gəncə şəhər MKTİB-in rəisi Nurəhməd Əhmədovdur.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Vulkan enerjisindən istifadə edərək 29 milyonluq "Bitcoin" hasil etdilər

Brüssel avrozonanın iqtisadi artımı ilə bağlı gözləntiləri aşağı saldı

ABŞ "Raiffeisen"i Rusiyaya görə hədələdi

Bank kartlarının sayı artır - Bu tendesiyanın səbəbi nədir?

"Google" "Gmail" xidmətini süni intellektlə təkmilləşdirdi

İki ölkə Rusiyaya yardım edən bütün şirkətlərə sanksiyalar tətbiq etməyi təklif edir

Şirkətlə vergi xidməti arasında 186 minlik mübahisə

2030-cu ildən sonra dünyada yeni qaz layihələrinə ehtiyac olacaq

Daha bir şirkət biznesini sataraq Rusiyanı tərk etdi

Dövlət Məşğulluq Agentliyi 66 milyonluq mal-qara alır

Venesuela beynəlxalq iqtisadi azadlıq zonası yaratmağı təklif etdi

“Yol Tikintiservis” 25 min manat cərimələnə bilər

Rusiya aktivlərinin xaricə satışı yeddi dəfə artdı

“Motor Sichi” eks prezidenti oğlu ilə Dubayda 15 milyon dollara 19 lüks mənzil alıb

Əqli Mülkiyyət Agentliyi iki şirkəti məhkəməyə verdi

İsveçrə Rusiya qızılının idxalını kəskin şəkildə azaltdı

“İdeal Tibb Şirkəti” 8 min manat cərimələnə bilər

BVF: Süni intellekt qlobal əmək bazarında sunami effekti yaradacaq

Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər

Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək

Səkilər niyə zəbt olunur? - VİDEO

Yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq

Birbaşa çatdırılma bahalaşdı, karqo şirkətləri daşıma xərclərini ucuzlaşdırdı – “Trendyol” ətrafında nə baş verir?

Aynur Sabitova vəzifəsindən azad edildi

Aynur Sabitova vəzifəsindən azad edildi

Marşrut avtobuslarından istifadə edənlərin sayı artıb – Səbəblər

Azərbaycanda keyfiyyətə nəzarətlə bağlı yeni mərkəz yaradılır - FƏRMAN

Rusiya və ABŞ ticarət dövriyyəsi 1,5 dəfə yüksəlib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin