05.04.2023 / 19:32
Azərbaycanın məşhur şirkəti adını və rəhbərini dəyişdi
27578
Azərbaycanda iri qida şirkətlərindən biri “AZ FP CO LTD” MMC (Azerbaijan Food&Packaging Company) rebrendinq edərək bazarda yeni adla çıxış edəcək.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, şirkət adını dəyişdirərək “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti olacaq.
Digər bir dəyişikliklə Azər Vahab Zadə Adil oğlu yenidən şirkətin baş icraçı direktoru təyin edilib. O 2022-ci iyuluna qədər şirkətin rəhbəri idi. Həmin tarixdən sonra Qabil Əhmədov Müzəffər oğlu bu vəzifəyə təyin edilmişdi.
“Milla” süd məhsullarının istehsalı ilə məşğul olan “AZ FP CO. LTD” MMC 2006-cı ildə yaradılıb.
Digər dəyişikliklə, “Milla Dairy” MMC-nin nizamnamə kapitalı 137 078 966 manat, 4.33 yaxud dəfə artırılmaqla 178 210 004 manata çatdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay