BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
26132

Azərbaycanda axtarışda olan şəxsin 24 il Bakıda gizləndiyi məlum olub. 

Qaynarinfo-nun məlumatına görə, 2 aprel 1969-cu il tarixdə Lənkəran şəhərində doğulmuş Rizvan Həsənov adlı şəxs 1997-ci ilin əvvəllərindən başlayaraq müxtəlif vaxtlarda Sahil qəsəbəsində yerləşən Qaradağ Sement Zavodundan oğurluq edib. O, zavodun yükdoldurma sexindən 5 dəfə, hər dəfə qiyməti 80805 manat olan sement oğurlayıb. Rizvan ümumi dəyəri 404025 manat olan 1 ton 250 kiloqram sementi oğurlayaraq istintaqa məlum olmayan şəxslərə satıb. 

Bu barədə məlumat alan polis elə həmin il onu saxlayaraq, izahatını alıb və sərbəst buraxıb. Barəsində höküm çıxarılması üçün iş məhkəməyə göndərilib.  

Rizvan həmin vaxt Qaradağ Sement Zavodunun ərazisindən yığıb satdığı o qədər də təmiz olmayan sementə görə məsuliyyət daşıya biləcəyini düşünməyib. Məhkəmə vaxtı onu real məsuliyət gözlədiyini başa düşüb və məhkəməyə getməyib, yaşadığı Lənkərana da qayıtmayıb.

Təqsirləndirilən şəxs barəsində axtarış elan olduğunu bilib və uzun illər Bakı kəndlərində fəhləlik etməklə kirayələrdə yaşayaraq, gizlənib. Qohum-əqrabası ilə də əlaqə saxlamayıb və bu vaxtadək ailə qurmayıb.

Son illərdə bir neçə dəfə barəsində araşdırmanın nə yerdə qaldığını öyrənmək, həm də sənədlərini bərpa etmək üçün ahıl yaşlı bir qohumu ilə Qaradağ Rayon Məhkəməsinə gedib maraqlanıb, o vaxtkı işinin aqibətini bilmək üçün rəsmi ərizə də təqdim edib. Lakin dəftərxana bu məsələni araşdırsa da, heç nə tapmayıb, barəsində hər hansı cinayət işi olmadığı bildirilib.

Rizvan 9 noyabr 2022-ci il tarixdə Lənkəranadakı evinə gedib və yenidən Bakıya qayıdıb. Lənkəran Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 1998-ci il yanvarın 12-dən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarış elan edilmiş Rizvan Həsənov Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə gün əvvəl təqsirləndirilən şəxs barəsində Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsində müəyyən edilmiş əsasla, həmin Məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edildiyinə görə işə xitam verilib və Rizvan cinayət məsuliyyətindən azad olunub.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İran Çinin “Bir kəmər və yol” təşəbbüsünə qarşı: Hindistanla 10 illik müqavilə

"GENERAL CONSTRUCTİON GROUP" məhkəməyə verilib

İzvestiya: Microsoft Rusiya istifadəçiləri üçün yeniləmələri blokdan çıxardı

DSX 260 min manatlıq yuyucu vasitələr və təmizlik ləvazimatları alır

Sağçı partiyalar nifrəti körükləmək üçün mənzil böhranından istifadə edə bilər

Yaxın tarixin 10 ən heyrətamiz tibbi kəşfi

Sabunçu Tibb Mərkəzi cərimələnə bilər

Bundestaq üzvləri son 28 ildə ən böyük maaş artımını alacaq

“Qaçqınkom”un 2 milyonluq kombi layihəsi

Keçmiş məmurların şirkətləri arasında nə baş verib?

Hindistan ABŞ sanksiyalarına görə Rusiya tankerlərinə sertifikat verməyi dayandırıb

"Perlit" gömrük qaydalarını pozduğuna görə məhkəmə qarşısında

ABŞ Çin idxalına rüsumları rekord dərəcədə artırmağa hazırlaşır

Hazırda ala biləcəyiniz ən yaxşı 10 smartfon (SİYAHI)

Diri Baba türbəsi bərpa ediləcək

Avropa yenidən enerji baxımından bir şirkətdən asılı vəziyyətə düşüb

Bu günədək nə qədər tələbə təhsil krediti alıb?

Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq

Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb

Dövlətə aid mənzilləri rüşvətlə istifadəyə verən vəzifəli şəxsin məhkəməsi başlayır

Nazir korrupsiyada ittiham olundu, Polşa danışıqları ləğv etdi

Fitch Solutions: Sürətli və ucuz ticarət yolları Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rol oynayacaq

Nikaha necə daxil olmaq olar? – Sənədlər və dövlət rüsumu

Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq

Azərbaycan Türkiyəyə xam neft və qeyri-neft məhsulları satışını azaldıb

Azərbaycanda 55 000 manata xurma ağacı satılır

Bəzi yerlər yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA

Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildi ®

MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin