Zirzəmisi siçovul yuvasına çevrilən və sakinlərin üfunət qoxusunda yaşadıqları bina (VİDEO)
Xətai rayonu Mehmandarov küçəsi 22a binasınında yaşayanlar üfunət iyisindən artıq təngə gəliblər.
Valyuta.az xəbər verir ki, ATV Səhər-in həmin binaya üz tutan əməkdaşları bu acınacaqlı vəziyyəti izləyicilərə təqdim edib.
Sakinlərin sözlərinə görə, qışın günündə ağcaqanaq əlindən dayana bilmirlər:
“Padvalımız su içindədir. Öz hesabımıza 800-850 manat pul toplamışıq, turbaları dəyişmişik. Amma yenə də kanalizasiya çıxan turbalar köhnə olduğu üçün bu gündədir”.
“Yaşamaq mümkün deyil, rütubət, nəmişlik, siçovul”.
Məsələ ilə bağlı 94 №-li Mənzil Komunal İstismar Sahəsinə üz tutan ATV Səhər-in əməkdaşları yalnız mühasibatlıq əməkdaşlarından başqa heç kəsi tapa bilməyiblər.
Daha sonra Xətai RİH-nə üz tutan əməkdaşların sualına isə şöbə müdiri Pənah İmanov cavab verib:
“Həmin məlumat bizə də daxil oldu, dərhal reaksiya verdik. Texnika cəlb edildi və normal hala gətirildi”.
Ətraflı video görüntüdə:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay