BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
25064

2022-ci il 4 noyabr tarixdə Özbəkistan Respublikasının Vəkillər Palatasının Ədliyyə Nazirliyi, BMT-nin İnkişaf Proqramı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT - OSCE) Özbəkistan Respublikası üzrə Layihə Koordinatoru, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlıq (İHAK) Mərkəzi Asiya üzrə Regional Ofisi ilə birgə təşkil etdiyi Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində «Vəkillik peşəsinin inkişaf perspektivləri: Özbəkistan və xarici ölkələrin təcrübəsi» mövzusuna həsr olunmuş II Beynəlxalq Vəkillər Konfransında baş tutmuşdur.

Beynəlxalq təşkilatların və 20-dən çox ölkənin vəkillər kollegiyalarının nümayəndələrinın iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının geniş nümayəndə heyəti də iştirak etmişdir.

Konfransın əsas məqsədi xarici ölkələrin vəkillər kollegiyalarının nümayəndələrinin təcrübə mübadiləsi və rəqəmsallaşma dövründə vəkilliyin perspektivləri ilə bağlı ekspert rəylərini nəzərdən keçirmək, qabaqcıl təcrübələri öyrənmək və pulsuz hüquqi yardım sahəsində yaranan problemlərin həlli yollarını tapmaq olmuşdur.

Konfransın açılış nitqində Özbəkistan Respublikasının Vəkillər Palatasının sədri Alim Ernazarov və digər məsul şəxslər dünyada vəkillik fəaliyyətinin həyata keçirilməsi zamanı üzləşilən problemlər, onların həlli yolları, gələcək prespektivlər və bir sıra digər məsələlər üzrə çıxışlar etmişlər.

Daha sonra konfrans öz fəaliyyətini 4 fərqli sessiya zalında keçirilən plenar iclaslarda davam etdirmişdir.

İlk plenar iclasda «Pulsuz hüquqi yardım və Pro bono: 2018-ci ildən Azərbaycan Respiblikasının təcrübəsi» mövzusunda çıxış edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov və üzvü Gülşən Salmanova ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən Azərbaycanda vəkillik institunun nüfuzunun artırılması istiqamətində həyata keçirilmiş tədbirlər, habelə qanunvericiliyin təkminləşdirilməsi, ölkə başçısının bir sıra fərmanları, onların əhəmiyyəti, pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar mövcud problemlər, görülmüş işlər, qarşıda duran vəzifələr və prespektivlərlə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

«Biz Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üçün müxtəlif aktual məsələlər üzrə Özbəkistan Respublikasının və xarici ölkələrin təcrübəsi ilə birbaşa tanış olmaq üçün unikal imkan əldə etdik», - deyə A.Bağırov forumun yekunları üzrə qeyd edib.

Bundan əlavə, forumun plenar iclaslarında spiker qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 4 nümayəndəsi çıxış etmişdir.

İkinci plenar iclasda məruzəçilərdən ARVK-nın üzvü Şaiq Mirzəyev «Azərbaycan Respublikasında sahibkarlığın hüquqi müdafiəsi» mövzusunda çıxış etmişdir. Ş. Mirzəyev sahibkarlığa dəstək üzrə dövlət siyasəti, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sistemi və “bir pəncərə” siyasəti, sahibkarlığın dəstəklənməsində ARVK-nın rolu və iştirakı, Biznes hüququ komitəsinin yaradılması və bir sıra digər aktual məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra, üçüncü plenar iclasda «Azərbaycan Respublikasında vəkillik peşəsinin rəqəmsallaşması: mövcud vəziyyət və gələcək perspektivlər» mövzusunda çıxış edən Yunis Nəsibov maraqlı təqdimatlar keçirmiş, iştirakçıları ölkəmizdə yaradılan elektron hökümət, elektron məhkəmə sistemi, mobil notariat, vəkillərin elektron portallara inteqrasiyası, həmçinin ARVK-nın internet saytı, elektron vəkil kabineti və bir sıra digər rəqəmsal yeniliklər ilə yaxından tanış etmişdir.

Sonda isə, dördüncü plenar iclasda «Azərbaycan Respublikasında vəkillərin peşə hazırlığının əsas prioritetləri» mövzusunda hazırladığı təqdimat ilə çıxış edən Arif Məmmədov, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması sahəsində zəruri tədbirlərin görülməsi, peşə hazırlığının beynəlxalq standartlara cavab verməsi, bu sahədə mövcud problemlər, görülmüş işlər, habelə qarşıda duran vəzifələr və prespektivlərlə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Forum çərçivəsində bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər zamanı Anar Bağırov daha sıx faydalı əməkdaşlığın inkişaf etdirilməsi barədə qarşılıqlı fikir mübadiləsi aparmışdır.

Bundan əlavə, ARVK-nın sədri cənab Anar Bağırov və nümayəndə heyəti tədbir çərçivəsində uzun illərdir Özbəkistan Respublikasında yaşayan, əslən Şuşadan olan Özbəkistan Vəkillər Kollegiyasının və Yazıçılar Birliyinin üzvü Əli Nəsirli ilə görüşmüşdür. Qeyd edək ki, Əli Nəsirli Azərbaycan və Özbəkistan Respublikaları arasında əlaqələrin inkişafında göstərdiyi yüksək xidmətlərə görə Özbəkistan və Azərbaycan Respublikalarının «Dostluq» ordeni ilə təltif edilmişdir.

II Beynəlxalq Vəkillər Konfransında iştirak etmiş digər vəkillər - Muxtar Mustafayev, Şəfayət Həsənov, Kamandar Nəsibov, Mehman Muradlı, Polad Mehdiyev, Vüsal Mirzəyev, Zaur Abiyev, Gülşən Salmanova, Elxan Quliyev, İlhamə Həsənova, Arif Məmmədov, Amid Məmmədov, Rəsul Yusifbəyli  və Seymur Səfərov plenar iclaslarda fəal iştirak etmiş, mövzularla bağlı fikir mübadiləsi aparmışdırlar.

Sonda tədbir iştirakçıları üçün Özbəkistan Vəkillər Palatası tərəfindən rəsmi ziyafət və Özbəkistan Respublikasının tarixi məkanlarına səfərlər təşkil olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin