Bakıda marşrut avtobusunda təhlükəli vəziyyət (VİDEO)
Məlum olduğu kimi, yeni tədris ili başlayandan Bakı şəhərində nəqliyyat sistemi daha da pis vəziyyətə düşüb. Xüsusən də günün pik saatlarında səhər və axşam sərnişinlər saatlarla tıxacda qalırlar. Həm mərkəzdə, həm də ətraf qəsəbələrdə marşrut avtobusları arasındakı interval yarım saata çatır.
Valyuta.az xəbər verir ki, bu məqamda tanınmış radio aparıcısı Tural Yusifov həddindən artıq yüklənmiş marşrut avtobusunun görüntüsünü paylaşıb. Sözügedən avtobusun metronun “Memar Əcəmi” stansiyasından Masazır qəsəbəsi istiqamətində hərəkət edən 525 nömrəli marşrut xəttinə məxsus olduğu bildirilir.
Görüntülərdən də aydın olur ki, avtobusda nəzərdə tutulan sərnişin sayı normadan artıqdır. Bu səbəbdən avtobus sağa əyilmiş şəkildə, təhlükəli vəziyyətdə idarə olunur.
Həmin görüntüləri təqdim edirik:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay