General Nazim Məmmədov dəfn edildi (FOTOLAR)
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Xeyrulla Məmmədov "Qurd qapısı" qəbistanlığında dəfn olunub.
Qaynarinfo xəbər verir ki, dəfndə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, həmçinin qurumunun çoxsaylı əməkdaşları iştirak edib.
Mərhumumun 3 mərasimi avqustun 29-da "Heydər" məscidində keçiriləcək.
Qeyd edək ki, Nazim Məmmədovun ailə üzvləri dəfn zamanı foto-video çəkilişə icazə verməyib.
Nazim Məmmədov 1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.
1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışırdı. 1999-cu ildə isə Təfəkkür Universitetinin hüquq fakultəsini bitirib. 2007-ci ilin dekabrından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı olub. 2018-ci ilin iyulunda fövqəladə hallar nazirinin müavini təyin edilib.
Mərhum general ailəli idi, 3 övladı var.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay