BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
20000

Bir neçə il əvvəl ortaya çıxan ödəmə terminalları insanların rahat və operativ ödəmə əməliyyatını yerinə yetirməsinə vəsilə oldu. Bu terminallar hətta mərkəzdən kənarda yaşayanlar üçün də əlverişli olub, demək olar hər küçədə yerləşən marketlərdə rast gəlinir. Amma adı çəkilən əlverişli vasitənin qaranlıq qalan, insanları incidən bir yanı da var. Belə ki, bəzən istifadəçilər pulu səhv yükləyir, yaxud əməliyyatı düzgün yerinə yetirməsinə baxmayaraq, ödəniş səhv ünvana yönəlir.

Bəs bu zaman terminallarda “batan” pulları necə geri qaytarmaq olar?

Mövzu ilə bağlı “Milli Ön”ün müştəri əlaqələri rəhbəri Ülviyyə Əfəndiyeva Lent.az-a bildirib ki, müştəri hər hansı çətinliklə üzləşibsə qaynar xəttə məlumat verməlidir. Onun sözlərinə görə, dərhal əməkdaşlar tərəfindən məsələ araşdıralacaq və həll ediləcək:

“Əgər müştəri hesabına düzgün ödəmə edirsə aparat heç bir halda yanlış hesaba pulu yükləyə bilməz. Müştəri səhv koda, hesaba və ya nömrəyə ödəmə edirsə mütləq şəkildə bizim qaynar xəttlə əlaqə saxlayıb üzləşdiyi çətinliyi bildirməlidir. Əməkdaşlarımız sorğunu qeydə alıb sistemdə müvafiq yoxlamaları apararaq müştərinin şikayətini qeydiyyata götürür. Səhv koda edilən ödəmənin düzgün koda keçirilməsi üçün lazımi dəstək göstərilir. Müştəri həqiqətən də pulu əskinas qəbulediciyə salıb lazımi xidmətə ödəmə edirsə, pul bata bilməz. Bir sözlə, aparatda edilən bütün əməliyyatlar müvafiq sistemdə qeydiyyata düşür və əks olunur. Çətinliklə üzləşən müştərilər mütləq şəkildə bizim *0010 qaynar xəttə müraciət etməklə məlumat verir və əməkdaşlarımız lazımi dəstəyi göstərir".

Ülviyyə Əfəndiyeva onu da qeyd edir ki, əgər bank hesabına köçürülən pul gecikirsə, bu bank tərəfindən gecikdirilə bilər:

"Məsələn, elə banklar var ki, müəyyən bir saatdan sonra ödəmə edir. Müştəri növbəti günə hesabında o pulu görür. Yaxud bank tərəfindən hər hansı bir çətinlik yaşanırsa pul sistemə gec otura bilər. Bu halda ən uzağı 24 saat ərzində pul yatırılır. Yalnız bir həftəyə pulun gecikdirilməsi qeyri-mümkündür. Müştəri tərəfindən daxil olan sorğular fərqli ola bilər. Məsələn, əgər müştəri səhv bank hesabına pulu köçürübsə həm biz, həm də bank tərəfindən araşdırılma aparılır. Bu halda araşdırma 3 iş günü və ya uzağı 6 iş günü ərzində aparıla bilər. Pul hesaba köçürülsə də belə, müştəri onu geri almaq istəsə müraciət edə bilər və ona dəstək göstəriləcək”.

“E-manat”ın marketinq direktoru Ayşən Həsənova isə problemlə üzləşən müştərilərin qeyd olunan nömrələrlə əlaqə saxlamasını qeyd edib:

“Əgər müştəri ödəniş zamanı abunə kodunda səhvlik edərsə, biz dəstək olmağa hazırıq. Lakin ödənişin müştəriyə qaytarılması və ya bərpası xidməti verən şirkətin şərtlərindən asılıdır. Qeyd edək ki, uğursuz və ya hansısa texniki səbəbdən tamamlanmayan ödəniş müvafiq iş günlərində araşdırılır və müştəri məmnunluğu təmin olunur. Çətinliklə üzləşən müştərilərimiz 012 404 48 88 və ya 050 404 48 88 “Whatsapp” nömrəsilə əlaqə saxlaya, həmçinin, sosial media kanallarımıza yaza bilər”.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO

Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayının kəskin azalması nə ilə bağlıdır?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - SORĞU + VİDEO

Bitcoin və Etherium ucuzlaşır - Kriptovalyutaların qiymətləri

Birjalarda son durum necədir?

Birjalarda son durum necədir?

Rubl ucuzlaşsa da, avro və lirə bahalaşdı -Məzənnə

Avtomobilin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülərin DİQQƏTİNƏ: Cərimələnə bilərsiniz - VİDEO

“McLaren”in nadir avtomobillərindən biri satışa çıxarılıb - FOTO

“Apple” telefonlarda süni intellekt tətbiq etmək niyyətindədir

Qızıl bu tarixə kimi kəskin bahalaşacaq

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin