BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8748
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2318
18706

Bu gün Bakıda abadlaşan həyət və məhəllələrlə yanaşı, problemi bitib tükənməyən küçələr də yetərincədir.

Necə deyərlər göz və könül oxşayan məhəllələr sırasında, sanki bu həyətlər gözdən uzaq, könüldən iraq düşüblər.

Xətai rayonun Məhəmməd Hadi 58 ünvanında lentə aldığımız kadrlar onu deməyə əsas verir ki, sakinlər öz vəsaitləri hesabına yaşadıqları məhəlləni abadlaşdırmağa çalışırlar. Amma aidiyyəti icra orqanlarının yadına bu ünvan düşmür ki, düşmür.

Əslində gözdən uzaq məhəllə də deyil. Ukrayna dairəsinin yaxınlığında olan bu məhəllədə binanın giriş bloklarının qarşısındakı zibillər təmizlənmir, asfalt örtüyü dəyişilmir. Bundan başqa, bir neçə binanın çıxışı olan bu həyətdə toyuq, cücə də saxlanılır.

Zibil qablarının dəyişdirilməməsi isə bir ayrı zülmdür. Bunun üçün binanın sakinləri gün ərzində bir neçə dəfə zəng etməli, ev, uşaq, ailə qayğılarını unudub həyətin zibillikdən təmizlənməsi işi ilə məşğul olmalıdırlar.

Əslində Xətai rayonunda tikinti abadlıq işləri bəzi ünvanlarda, hətta Məhəmməd Hadi 58 ünvanına yaxın məhəllələrdə aparılır, amma bu həyətdə nə uşaqların oynaması üçün meydança var, nə də oturmağa oturacaq.

 

Maraqlıdır, 82 saylı Mənzil İstismar İdarəsinin yaxınlığında yerləşən bu məhəllə niyə yada düşmür?
Görəsən bu həyətin yada düşməsi üçün Xətai rayon sakinləri nə etməlidir?

 

Suallarımıza cavab almaq məqsədi ilə əvvəlcə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovla telefon əlaqəsi saxladıq.

Pənah müəllim isə suallarımıza daha dəqiq və dolğun cavab veriləcək tək ünvanın 82 saylı Mənzil İstismar İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti olacağını dedi.

Beləliklə çəkiliş qrupumuzla 82 saylı Mənzil İstismar İdarəsinin yerləşdiyi qonşu həyətə üz tutduq. Binanın işıqları söndüyündən idarədə yalnız mühasib xanım qarşıladı bizi, rəisin ərazidə olduğunu dedi. Zəng etdik, təxminən 15 dəqiqə gözlədikdən sonra Rəşad müəllimlə ayaqüstü də olsa görüşə bildik.

Suallarımızı şifahi olaraq cavablandıran idarə rəisi bildirdi ki, hazırda Xətai rayonunda Vətən Müharibəsi şəhidlərinin büstlərinin açılışları gündəmdə olduğundan, məhəllələrin abadlaşdırılmasına vaxt ayıra bilmirlər.

İdarə rəsmisi onu da əlavə etdi ki, Məhəmməd Hadi 58 ünvanı da Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə abadlaşdırılacaq, amma nə vaxt bunu deyə bilmirlər.

Problemi Bakı şəhər İcra Hakimiyyəti rəsmilərinin də diqqətinə çatdırdıq.

İcra Hakimiyyətindən bildirildi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtda quruculuq işləri şəhərsalmanın müasir tələblərinə uyğunlaşdırılır. Məhəllələrdə "nümunəvi həyət"lərin salınması isə görülən işlərin tərkib hissəsidir.

O, ki qaldı, gözdən yox könüldən iraq olan Məhəmməd Hadi 58 ünvanındakı həyətin abadlaşdırılmasına, bununla bağlı Xətai Rayon İcra Hakimiyyəti qərar verib, əməli nəticə həyata keçirməlidir.

Gözləyək və inanaq ki, sözügedən ünvanın sakinləri də bu qayğıdan kənarda qalmayacaq.

Mənbə: APA TV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Reuters: Almaniya Çinin elektromobillərinə tarif tətbiqinə qarşı səs verəcək

"FİBERNET" gömrük qaydalarını pozub

AP: ABŞ liman işçiləri tətili dayandırmağa razılaşdı

"Veranda Resort Hotel Villas" reklam qaydalarını pozmaqda ittiham edilir

“Visa” rəqəmsal ödənişlər dünyasında inqilab hazırlayır

Rövşən Binnətliyə yeni vəzifə verildi

Nazirlik bu şirkətdən 19 milyonluq dəftərxana və təsərrüfat malları alır

“Bitcoin” yeni ilə qədər 100 min dolları keçə bilər? - ANALİTİKDƏN PROQNOZ

Mürsəl İbrahimov idarə rəisini işdən çıxardı - Yeni təyinat

Cənubi koreyalı turistlərin ölkəmizə artan maraqları - Onlar ən çox hansı yerləri gəzmək istəyir? (MÜSAHİBƏ)

Cənubi koreyalı turistlərin ölkəmizə artan maraqları - Onlar ən çox hansı yerləri gəzmək istəyir? (MÜSAHİBƏ)

Məhsuldarlıq fermerlərin üzünü güldürsə də, qiymət onların ürəyincə deyil

SAT imtahan nəticələri ilə tələbə qəbulu - Niyə Azərbaycanda bütün universitetlər bunu tətbiq etmir?

Quşçuluq fabrikinin direktoru dəyişdirilir

“AzSığorta”nın İdarə Heyətinə təyinat olub

"Brent" neftinin qiyməti 78 dolları ötüb - Avqustdan bəri ilk dəfə

Rəqəmsal təhlükəyə qarşı yeni tədbirlər: Avstraliya nümunəsi

Startap yaradarkən nələrə diqqət edilməlidir?

Azərbaycanlı xanım ABŞ startapının CEO-su oldu

Maliyyə cəhətdən savadlı uşaq yetişdirən platforma - Startap

6 min manat müavinəti belə ala bilərsiniz - Lazım olan SƏNƏDLƏR

Kapital Bank-dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər®

Avropadan Çinin elektrikli avtomobilərinə ağır vergi

Prezident və birinci xanım Cəbrayılda inşa olunan yaşayış kompleksinin açılışında (YENİLƏNİB)

OpenAI-dən rəqib Süni Zəka layihələrinə təzyiq - Rəqabət qızışır

OpenAI-dən rəqib Süni Zəka layihələrinə təzyiq - Rəqabət qızışır

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

Bakıda hardan torpaq almaq daha sərfəlidir? - Ekspert açıqladı

İstanbulda 4 nəfərlik bir ailənin yaşam xərcləri açıqlandı - 71 min...

"Bitcoin"in yaradıcısının kimliyi açıqlanacaq - BÖYÜK SİRR ÇÖZÜLÜR?

"Bitcoin"in yaradıcısının kimliyi açıqlanacaq - BÖYÜK SİRR ÇÖZÜLÜR?

Şəhərətrafı avtobuslarda gedişhaqları necə təyin olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin