Zaur Hüseynov 200 min manatlıq qapı-pəncərə alır - TENDER
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qapı və pəncərələrin satın alınması üzrə müsabiqəyə yekun vurub.
Müsabiqənin qalibi "Texinvest” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 214 382.4 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Texinvest” MMC 16 noyabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Hüseyn Seyidzadə, ev 26A, mənzil 47-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Babək Fəxrəddin oğludur.
"Texinvest” MMC 6 ildir fəaliyyət göstərsə də, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin qanuni təmsilçisi Babək Məmmədov haqqında da hər hansı məlumata rast gəlinmir.
"Bakı Metropoliteni” QSC "Texinvest” MMC ilə qapı-pəncərə almaq üçün müqavilə bağlasa da, dövlət satınalmaları ilə bağlı aparıdığımız araşdırmalardan məlum olur ki, şirkət həm də avtomobil ehtiyat hissələri və sürtkü yağlarının satışı ilə məşğuldur.
"Texinvest” MMC satınalma müsabiqələrində yeni oyunçudur. Bundan əvvəl şirkət cəmi 2 satınalma müqaviləsi imzalayıb. Hər iki müqavilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə bağlanıb.
Maliyyə dəyəri 51 887.55 AZN təşkil edən müqavilədə avtomobil sürtkü materiallarının alınması, maliyyə dəyəri 140 515.58 AZN təşkil edən müqavilədə isə avtomobil üçün ehtiyyat hissələrinin satın alınması nəzərdə tutulub.
Məlumat üçün deyək ki, "Bakı Metropoliteni” QSC-nin rəhbəri Zaur Hüseynovdur. Mətbuat həmişə bu qurumun keçirdiyi tenderlərə tənqidi yanaşıb.
Mənbə: Qaynarinfo.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay