Xəbər
06.09.2021 / 09:38
Bu gün ali məktəblərin vakant yerlərinə ixtisas seçimi başlayır
17733
Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.
Bu barədə Valyuta.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir.
Belə ki, ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay