Bakıda gecə yağış yağacaq: Rayonlarda isə şimşək çaxacaq
Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Valyuta.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi səhər tədricən zəifləyəcək, gündüz şimal-şərq küləyi əvəz olunacaq.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21 isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay