Respublika çaylarında mövcud vəziyyət açıqlandı
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib.
Onun sözlərinə görə, ölkə ərazisində hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar həm daxili, həm də tranzit çaylarda hazırda normadan az sululuq müşahidə olunur:
“Belə ki, ötən gün ərzində respublika ərazisində hava şəraitinin əsasən yağmursuz keçməsi ilə əlaqədar sentyabrın 3-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 1 sm azalıb, Gəncəçay-Zurnabad və Kürəkçay-Çaykənd məntəqələrində, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı və Lənkəran-Astara bölgəsindən axan Viləşçay-Şıxlar məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb, Lənkərançay-Sifidor məntəqəsində isə suyun səviyyəsi 1 sm azalıb".
Tranzit çaylarda vəziyyətə gəlincə qurum rəsmisi qeyd edib ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb:
“Hazırda məntəqədə su sərfi 78,0 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 64 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 57,0 m3/s olmaqla, ongünlük normanın 47 %-ni təşkil edib. Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 4,00 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 6 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 49,0 m3/s olmaqla, ongünlük normanın 67 %-ni təşkil edib”.
Asif Verdiyev, həmçinin əlavə edib ki, Kür-Surra məntəqəsində suyun səviyyəsi 3 sm azalıb və hazırda səviyyə 283 sm təşkil edir:
“2020-ci ilin müvafiq dövründə səviyyə 291 sm olub. Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq səviyyə 91 sm-ə çatıb. 2020-ci ilin müvafiq dövründə səviyyə 73 sm olub. Kür-Bankə məntəqəsində suyun səviyyəsi 15 sm artıb və səviyyə 125 sm təşkil edib. 2020-ci ilin müvafiq dövründə isə səviyyə 131 sm olub”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay