02.09.2021 / 17:49
Məktəbəhazırlıq qruplarının tədris planı təsdiq olundu
17658
Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2021-2022-ci tədris ili üçün tədris (məşğələ) planı təsdiq olunub.
Valyuta.az xəbər verir ki, bu barədə təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Firudin Qurbanov əmr imzalayıb.
Tədris planına əsasən, məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür: I yarımil: 1 oktyabr - 26 yanvar; II yarımil: 1 fevral - 31 may.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: payız tətili: 16-20 noyabr (5 gün); qış tətili: 27-31 yanvar (5 gün); əlavə tətil: 1-5 may (5 gün).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay