Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur – Təhsil Nazirliyi
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov tədris ilinin başlanması ilə əlaqədar yayılan məlumatlarla bağlı açıqlama yayıb.
Valyuta.az xəbər verir ki, Cəsarət Valehov özünün Facebook səhifəsində, yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunduğunu bildirib.
Onun sözlərinə görə, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək.
Nazirlik rəsmisi bildirib ki, tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək.
“Ən doğru xəbərləri bizdən alın ki, sonra da əlavə rəylərə ehtiyac qalmasın”, – deyə C.Valehov sonda vurğulayıb.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay