Xəbər
01.09.2021 / 17:37
Kürün Mingəçevirdən keçən hissəsi tullantılardan təmizlənib - Nazirlik
17590
Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinə məişət tullantılarının atılması ilə bağlı mətbuatda yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə Valyuta.az-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
Xidmət rəsmisi qeyd edib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb:
"Çayın üzərindəki tullantılar əməkdaşlarımızın nəzarəti altında Mingəçevir Kommunal Müəssisələri Kombinatının işçiləri tərəfindən təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Kombinata məcburi göstəriş verilib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay