BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
17395

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidmət vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Bundan başqa, vəzifəli şəxs kimi ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini vahid niyyətlə pozmaqla tikinti və quraşdırma işlərinin aparılmasına icazə verməsi ağır nəticələrə səbəb olub.

Aparılan istintaqla müəyyən edilib ki, BŞİH başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş R. Quliyevin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Prokuror ittiham aktını elan etdikdən sonra Rasim Quliyevə söz verilib.

R. Quliyev ifadəsində barəsində elan olunan ittihamlarla özünü təqsirli bilmədiyini deyib. O, ittiham olunduğu maddələr üzrə sübutlar və digər sənədlərlə istintaqın qənaətinin əsassız olduğunu bildirib.

R. Quliyev 2017-ci ilin sentyabr ayında BŞİH başçısının müavini Rauf Pənahovun vəfat etməsi ilə əlaqədar olaraq müavin səlahiyyətlərinin icrasının müvəqqəti olaraq ona həvalə edildiyini deyib.

O, 21 aprel 2018-ci il tarixdə Hacıbala Abutalıbovun Baş nazirin müavini vəzifəsinə təsdiq edilməsindən sonra BŞİH-nin fəaliyyətinə rəhbərlik etməyə başladığını qeyd edib.

R. Quliyev ifadəsində onu da bildirib ki, onun vəzifə səlahiyyətlərinin icrasına başlaması üçün o vaxt Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevin razılığı olmayıb:

“Ramiz Mehdiyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubda bildirilib ki, BŞİH başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində BŞİH başçısının sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericililyin kobud pozuntusu kimi qiymətləndirilir və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlərinin AR Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirdiyinin təsbit edildiyi nəzərə çatdırılıb".

Təqsirləndirilən şəxs ittihamda əksini tapan Nəsimi rayonu ərazisində yaşayış binalarının tikilməsi ilə bağlı sərəncama qol çəkməsi barədə də danışıb:

"Sərəncamı təsdiq etməyimə gəlincə, demək istəyirəm ki, həmin sənədlər mənim qarışma gələndə artıq bütün hüquqi işlər aparılmışdı. Mən həmin yaşayış yerinin harada olduğunu belə bilmirdim. Sərəncamı da mən yazmırdım ki. Mən sərəncam imzalayana qədər orda bütün işlər aparılmışdı. Həmin sənədlər BŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırlanmaqla imzalanması üçün mənə təqdim edilmişdi, mən də növbəti hüquqi prosedur kimi həmin sərəncamı imzaladım. Sərəncamın verilməsi üçün əsas olan sənədlərə BŞİH-in müvafiq strukturları, eləcə də ekspertiza tərəfindən müsbət rəy verildiyinə görə faktiki olaraq həmin sərəncamı imzalamamağım mümkün deyildi, bununla bağlı heç kimdən göstəriş almamışdım, kimsə məndən xahiş etməmişdi.

Sonradan cinayət işi materialları əsasında mənə məlum oldu ki, D.Əliyeva 141 ünvanında söküntü tam deyil, sadəcə bir divarın sökülməsi olub və sakinlər əksərən köçürülüb. Bunlarla MTK müqavilə bağlayıb və köçürülməni təmin edib. İcarə hüququ ilə bağlı isə icarə müqaviləsi məndən əvvəl bağlanıb".

R. Quliyev ifadəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi (308.2) üzrə ittihamla da razılaşmadığını bildirib.

Növbəti proses avqustun 30-a təyin edilib.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi

Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı

"Reges Tikinti Materialları"na protokol irəli sürülüb

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin