Xəbər
17.08.2021 / 09:39
Bakıda 16 ağacı kəsən şəxslə bağlı prokurorluğa müraciət olundu
17090
Binəqədi rayonu Mir Cəlal küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Valyuta.az xəbər verir ki, bu barədə Xidmət rəsmisi Vaqif Cavadov açıqlama verib.
Onun sözlərinə görə, araşdırma zamanı sözügedən ünvanda qaraj tikintisi məqsədilə 16 ağacın vətəndaş Rahib Əliyev tərəfindən kəsildiyi və təbiətə 9300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunduğunu söyləyən V.Cavadov əlavə edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay