Xəbər
12.08.2021 / 13:12
Havada toz dumanı müşahidə olunur
16922
Bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.
Valyuta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır:
"Hazırda havada tozun miqdarı normadan 3.9 dəfə çoxdur. Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay