Xəbər
05.08.2021 / 15:07
Bakı şəhərində 2 ağac məhv edilib – Araşdırma davam edir
16632
Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Valyuta.az xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bu barədə açıqlama verib.
Xidmət rəsmisi bildirib ki, aerokosmik görüntülər əsasında tikinti işləri aparılan ərazidə 2 ağacın götürülərək məhv edildiyi müəyyən olunub.
“Hazırda torpaq mülkiyyətçisinin və təqsirkarların müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir”.
Nazirlik rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay