BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
16495

Çox təəssüflə qeyd etməliyik ki, Sumqayıt şəhərində havanın tüstülü olması, bunun bəzən iy və qoxu ilə müşayiət olunması atmosferin vaxtaşırı çirklənməsi ilə müşahidə edilir.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Sumqayıt məişət tullantılarının idarə olunması poliqonunda ciddi nöqsanların olduğu ETSN tərəfindən dəfələrlə yerli icra orqanlarının nəzərinə çatdırılıb: 

“Həmin poliqonun idarə edilməsi ilə məşğul olan “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC cərimələnib. Təkcə 2020-ci ildə bu poliqonu idarə edən hüquqi şəxs 6 min 800 manat cərimələnib, dəfələrlə məcburi göstəriş verilib. Bu ilin yeddi ayında beş akt, iki inzibati protokol tərtib edilib. Son dəfə isə yenidən bir neçə gün öncə 4 min 800 manat məbləğində cərimə tədbiri tətbiq edilib. Lakin bu cərimələrlə problem həllini tapmır. Bu gün biz həmin əraziləri monitorinq etdik və müəyyən edildi ki, orada yanğın baş verməsə belə, dəm qazının miqdarı normadan dəfələrlə artıqdır. Bunun da nəticəsində tüstülənmə baş verir ki, öz növbəsində bu da şəhər ərazisində xoşagəlməz iy-qoxunun yayılmasına gətirib çıxarır”.

O qeyd edib ki, bu məsələni həll etmək üçün ilk növbədə müasir tələblərə cavab verən poliqon yaradılmalıdır: 

“Bundan əlavə, məişət tullantıları çeşidlənməlidir. Bu halda indiki müşayiət etdiyimiz problem olmayacaq. Məişət tullantılarının necə gəldi basdırılması nəticəsində torpağın alt qatlarında gedən proseslər səbəbindən öz-özünə alışma baş verir. Bilirsiniz ki, Balaxanıda müasir standartlara cavab verən tullantıların idarə edilməsi poliqonu fəaliyyət göstərir. Əgər Sumqayıtda belə bir poliqonun yaradılmasına hazırda maddi imkan yoxdursa belə, yerli icra orqanları tullantıların Balaxanı poliqonuna daşınması haqqında düşünə bilər. Həmçinin bəzi müəssisələr nazirliyə müraciət edib ki, tullantıların yandırılması üçün onlarda şərait var. Həmin müəssisələrlə danışıqlar aparıla bilər. Müəyyən pilot layihələr hazırlaya bilərlər. Məsələn, keçən ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 37 regionda 250 nöqtədə plastik tullantıların yığılması üçün konteynerlərin quraşdırılması, onların çeşidlənməsi sahəsində pilot layihə həyata keçirir. Tullantıların idarə olunması sahəsində də bu cür pilot layihələr həyata keçirilə bilər”.

Qeyd edək ki, Sumqayıtda uzun müddətdir havanın tüstülü olması bəzən iy və qoxu ilə bunun müşayiət olunması barədə məlumatlar yayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin