Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırıldı
Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğının səbəbləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Xidmətin Regional İdarəsinin rəsmisi Fərid Piriyev açıqlama verib.
İdarə rəsmisi bildirib ki, araşdırma zamanı yanğının məişət tullantılarının düzgün idarə edilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində baş verdiyi aşkar edilib.
O qeyd edib ki, faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib:
“O, vəzifəli şəxs qismində 4 800 manat məbləğində cərimə olunub. Gələcəkdə belə halların təkrarlanmaması üçün MMC-yə məcburi göstəriş verilib”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay