Xəbər
17.07.2021 / 15:23
Azərbaycanda 6 ayda 2500-ə yaxın zəlzələ olub
15841
2021-ci ilin 6 ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələnin tədqiqatı bürosu” tərəfindən 6404 təkan qeydə alınıb.
Valyuta.az xəbər verir ki, bu barədə məlumat Respublika Seysmoloji Xidmət Mərkəzinin 6 aylıq hesabatında yer alıb.
Qeyd olunub ki, onlardan 2413-ü yerli, 1492-si regional, 1350-si isə uzaq zəlzələlər olub.
Bununla yanaşı, tək stansiya tərəfindən zəif 4000 təkan qeydə alınıb. Büro tərəfindən həmçinin 749 partlayış və 3 palçıq vulkanı qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 11 hiss olunan zəlzələ olub.
Bu ilin 6 ayı ərzində Azərbaycan ərazisində ən güclü zəlzələ Xəzər akvatoriyasında qeydə alınıb. Maqnitudası 4.5 olan zəlzələ sahilyanı zonalarda və Sumqayıtda hiss olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay