BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
15534

Kür çayı quruyur, dəniz suyu isə əksinə irəliləyir. Artıq iki həftədən çoxdur ki, Neftçalada dəniz suyu Kür çayına qarışaraq Aşağı Surra kəndinə kimi yaxınlaşıb. Bu da əhalinin yenidən narahatlığına səbəb olub.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, son vaxtlar Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi minimum həddən də aşağı düşüb. 

Bunun nəticəsidir ki, Xəzər dənizinin suyu yenidən Kür çayına qarışıb. İki həftədən çoxdur irəliləməkdə davam edən dəniz suyu artıq rayonun sonuncu yaşayış məntəqəsi olan Aşağı Surra kəndinə kimi çatıb. Bu da Kür sahili boyu yaşayan kənd sakinlərini çətin duruma salıb.

Sakinlərin sözlərinə görə, Kür suyu şorlaşdığından təsərrüfatlarda saxlanılan mal-qara bu sudan içmir. Yalnız kollektor suyu ilə qidalanır. Belə bir vəziyyətdə ən çox çətinliklərlə üzləşən pambıqçı fermerlərdir. Hazırda rayonda pambıq sahələrinin suvarılan vaxtdır. Və suya olan təlabat daha da böyükdür. Lakin suyun şor olması onları da çıxılmaz vəziyyətdə qoyub.

İcra hakimiyytindən verilən məlumata görə, əhalinin içməli suya olan təlabatının ödənilməsi məqsədi ilə rayondakı yaşayış məntəqələrində hər birinin 5 tonluq su tutumu olan 145 ədəd plastik su çəni qoyulub. Ayrılan 12 su maşını vasitəsi ilə həmin çənlər su ilə doldurulur və əhali ondan istifadə edir.

Qeyd edək ki, hazırda rayonda vəziyyət nəzarətdə saxlanılsa da, mənzərə heç də ürəkaçan deyil. Vəziyyətdən çıxmaq üçün mütəxəssislər hesab edirlər ki, Kürün deltasında süni maneələr yaratmaqla çayın səviyyəsi ya qaldırılmalı, ya da Mingəçevir su anbarından buraxılan suyun həcmi artırılmalıdır. Əgər vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, rayonda vəziyyət kritik həddə çata bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin