Xəbər
13.07.2021 / 14:36
Azərbaycan Yaponiyada ticarət evi açacaq - YENİLİK
15517
Yaponiyada Azərbaycanın ticarət evi açılacaq.
Valyuta.az bildirir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, bunu Fondun rəhbəri Yusif Abdullayevlə görüşü zamanı Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada deyib.
O, iki ölkənin iqtisadi tərəfdaşlığının inkişafı istiqamətləri barədə danışaraq, Yaponiyada Azərbaycan ticarət evinin təsis olunması ilə bağlı fikirlərini bildirib.
Görüşdə Azərbaycan və Yaponiya arasında qarşılıqlı investisiya və ticarətin artırılması məsələləri müzakirə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay