BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
15451

“Azərsu” ASC tərəfindən Suraxanı rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirilib. Sudan qanunsuz istifadə hallarının aşkarkanması məqsədilə yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

ASC-dən Valyuta.az-a bildirilib ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, AB massivi 80 ünvanında həyata keçirilən nəzarət tədbirləri zamanı ət kəsimi məntəqəsində sudan uçotsuz istifadə faktları üzə çıxıb. Məlum olub ki, obyekt sahibi əhali su xəttinə qoşulmaqla 3 müxtəlif nöqtədən özbaşına su xətti çəkib.

Rayonun Dədə Qorqud qəsəbəsində isə ferma və əkin sahəsinin sayğacdankənar çəkilmiş su xətti vasitəsi ilə sulandığı aşkarlanıb. Yoxlama zamanı məlum olub ki, sahibkar texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən su kəmərinə qanunsuz müdaxilə edib. Fakt aşkarlanan kimi əraziyə texnika cəlb edilərək obyektin su təchizatı dərhal dayandırılıb. Sudan qeyri-qanuni istifadə halı sənədləşdirilərək akt tərtib edilib və dəymiş ziyan hesablanıb.

Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində Qum bazarı adlanan ərazidə də içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb. Obyektin sahibləri texniki şərt almaq, müqavilə bağlamaq və qanuni şəkildə sudan istifadə etmək əvəzinə yaxınlıqdakı həyət evlərindən keçən su xətlərinə qeyri-qanuni müdaxilə etməklə kifayətləniblər. Hövsan qəsəbəsi Quşçuluq adlanan ərazidə isə bəzi fərdi yaşayış evlərinə icazəsiz su xətləri çəkilib.

Bütün hallarda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq özbaşına çəkilmiş qanunsuz xətlər ləğv edilib. Eyni zamanda içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə vətəndaşlar və sahibkarlar ətraflı məlumatlandırılıb. Qeyd edək ki, texniki imkanlar nəzərə alınmadan su təchizatı sistemlərinə özbaşına qoşulma halları israfçılıq və itkilərlə yanaşı, yaşayış məntəqələrinin içməli su təchizatının dayanıqlığını pozur və bəzi abonentlərin su təminatını pisləşdirir.

Qeyd edək ki, 2021-ci ilin 6 ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı Suraxanı rayonu üzrə isə 493 fakt aşkarlanıb və 135 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin