Eldar İbrahimovdan 25 milyonluq iddiaya REAKSİYA: O qədər pul ancaq...
Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov 25 milyonluq mülkü barədə yayılan xəbərlər münasibət bildirib.
Valyuta.az xəbər verir ki, Eldar İbrahimov Demokrat.az-a açıqlamasında bu xəbərlərin yalan olduğunu bildirib:
"O xəbərləri kimsə kimisə öyrədib yazdırıb. Mənim o qədər pulum olsa, Naxçıvanda tikərdim. Mənim nə işim var İsmayıllıda? Mən maraqlandım bu məsələylə, konkret cavab verən olmadı. Bu məsələ yalandır. Bilmirəm ki, bu məsələ niyə, necə yayılıb. Mənim oğlum da orda işləmir. Mənə deyəndə dedim ki, boş şeydir, şantajdır.
Məsələni eşidəndə, hələ dedim ki, qiyməti az göstərmisiz, bəlkə, obyektin qiyməti 500 milyondur?
İnanmıram ki, bütün deputatlarda o qədər pul olsun. Düzdür, bizneslə məşğul olan deputatlar var. Həmin deputatlarda o qədər pul olar, bəlkə də. Amma hamı Eldar İbrahimovun kim olduğunu bilir. Hamı bilir ki, mənim nəyim var nəyim yox".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay