BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
15160

Təhsil Nazirliyinin adına sosial şəbəkələrdə səhifə açıb, övladlarının sinfini dəyişmək istəyən valideynləri aldadırlar. Səhifəni idarə edən şəxslər valideynlərdən dövlət rüsumu adı ilə qanunsuz pul istəyirlər.

Valyuta.az-ın Xezerxeber.az-a istinadən verdiyi məlumata görə, instaqramda 3 mindən çox izləyicisi olan ''Təhsil nazirliyi'' adlı səhifəni idarə edənlər valideyinləri aldatmaqla məşğuldurlar.

Belə bir problemlə qarşılaşan valideyinlərdən biri həmin şəxslə yazışmalarını ''Xəzər Xəbər''in vatsap nömrəsinə göndərib. Həmin valideyin övladını təhsil aldığı məktəbdə sinfini dəyişmək üçün ''Təhsil nazirliyi'' adlı səhifəyə yazıb. Səhifəni idarə edən şəxs bunun mümkün olduğunu, ancaq bu məqsədlə göndərilən hesab nömrəsinə dövlət rüsumu adı ilə 467 manat ödənməli olduğunu qeyd edib.

Valideyin qarşı tərəfə bu əməlin qanunsuz olduğunu bildirdikdə isə həmin şəxs məbləğin rəhbərlik tərəfindən müəyyənləşdirildiyini qeyd edib.

Mövzunu araşdırmaq üçün valideyin qismində həmin səhifəyə müraciət etdik. Övladımızın 7-ci sinifdə oxuduğunu və sinfini dəyişmək üçün necə kömək edə biləcəklərini soruşduq. Bildirildi ki, bunun üçün 321 manat dövlət rüsumu ödəməliyik.

Məsələyə Təhsil Nazirliyindən də münasibət bildirilib. 

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib ki, instaqaramda Təhsil Nazirliyinin "Təhsil nazirliyi" adlı heç bir səhifəsi yoxdur: 

“Adı çəkilən bu səhifə saxtadır. Yalnız digər sosial şəbəkələrdə olduğu kimi, instqaramda da nzirliyin rəsmi qeydiyyatdan k çən səhifəsi ''edugovaz'' adlanır”.

Cəsarət Valehov bildirib ki, vətəndaşlar bu cür hallarla qarşılaşdıqları təqdirdə, nazirliyn 146 qaynar xəttinə və qurumun sosial şəbəkələrdə olan rəsmi hesablarına müraciət edə bilərlər: 

“Artıq Təhsil Nazirliyi instaqramda olan saxta səhifənin ləğv olunması üçün bu sosial şəbəkəyə rəsmi qaydada müraciət göndərib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin