BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
14788
Mehman Nəbiyev: “Plastik qablar əvəzində kağız məhsullar gündəlik həyatımıza daxil olmalıdır”

 

“Ətraf mühitin mühafizəsi haqqında” qanunda edilmiş dəyişikliyə görə, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, qaşıq, boşqab və stəkanların idxalı, istehsalı, satışı iyulun 1-dən qadağan edilir. 

Valyuta.az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev deyib.

Onun sözlərinə görə, bu qanunun qəbul edilməsində məqsəd ətraf mühitin, sahil zolaqlarının, çimərliklərin, çay hövzələrinin, meşələrin və digər təbiət ərazilərinin çirklənməsində böyük paya malik birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastiklərin əvəzində onların alternativlərinin - kağız, bioplastik, şüşə, çox dəfə istifadə olunan məhsullar və s. gündəlik həyatımıza daxil olması üçün sahibkarlara əlverişli mühitin yaradılmasıdır.

M. Nəbiyev bildirib ki, pandemiya, yoluxucu xəstəliklərin başlıca səbəblərindən biri tullantıların düzgün idarə olunmaması, yaşadığımız mühitdə bu tullantıların gündən-günə artması hesab olunur: 

“Dənizdə, okeanda yaranan plastikin həcmini azaltmaq üçün beynəlxalq təcrübədə də birdəfəlik plastik məhsullarından istifadəni tam qadağan olunması və alternativlərin istehlakının genişləndirilməsi tədbirləri həyata keçirilir. Pandemiya və yoluxucu xəstəliklərə yol açan, təbiət üçün böyük bəlaya çevrilmiş plastik tullantıların azaldılmasını və onu əvəz edən məhsulların bazara daxil olmasını hədəfləyən belə qanunların icrasının gecikdirilməsi yox, sürətləndirilməsi və effektivliyinin artırılması həm istehsalçılardan, həm istehlakçılardan, həm də KİV nümayəndələrindən çox asılıdır.

Sadalanan məhsulları əvəz edən bir çox alternativ materialdan (fərqli kağız, bioplastik) hazırlanmış məhsullar mövcuddur. Həm də bu məhsulların çox dəfə istifadə olunanlarına üstünlük vermək lazımdır. Hökmən bir dəfə istifadə olunan və ətraf mühiti sonsuz dərəcədə çirkləndirən məhsullar olmalıdır deyə, bir yanaşma yoxdur. Burda məqsəd tullantıların, geri dönməyən tullantıların azaldılmasıdır”.

Nazirlik rəsmisinin sözlərinə görə, artıq bir neçə ildir, belə materialdan olan məhsulların ölkəmizdə də idxalı, istehsalı və satışı ilə bağlı sahibkarlar tərəfindən işlər görülür: 

“Lakin həmin sahibkarların dəstəklənməsi və bu işlərin səmərəliliyini təmin etmək üçün ətraf mühitə və təbiətə ciddi təhdid yaradan birdəfəlik plastiklərin məhdudlaşdırılması və mərhələli şəkildə istifadəmizdən çıxarılması çox vacibdir. Çünki bazar qanunlarına görə sahibkarlar hansı məhsula tələbat çoxdursa, onun idxalını, istehsalını və satışını genişləndirməyə üstünlük verir.

Alternativlərin bazara daxil olmasını tezləşdirmək üçün haqqında danışdığımız qanunun tətbiqinə hamımız yardımçı olmalıyıq. Dəyişikliyə özümüzdən başlamalıyıq. Sadalanan məhsulların əvəzində, çox dəfə istifadə olunan qablardan, alternativ materialdan olan məhsullardan istifadəyə üstünlük verməliyik”.

M. Nəbiyev qeyd edib ki, pandemiya və yoluxucu xəstəliklərin gündən-günə artdığını nəzərə alaraq, tullantıların idarə olunmasına hazırkı münasibətimiz dəyişməsə, gələcəkdə bu cür yoluxucu xəstəliklərin intensivliyi daha da artacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni maddəyə əsasən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər isə üç min manatdan dörd min manatadək cərimə ediləcək.

Digər yeni maddəyə əsasən, yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək cərimə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi

Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı

"Reges Tikinti Materialları"na protokol irəli sürülüb

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin