Xəbər
24.06.2021 / 10:30
Bakıda 40-a yaxın məktəbdə direktor vəzifəsi boşdur
14484
“2020-2021-ci tədris ilində 20 məktəb direktorunun müqaviləsinə xitam verilib, 118-nin müqaviləsi uzadılıb”.
Valyuta.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
İdarə müdiri, bu il Bakı şəhəri üzrə 40-a yaxın məktəbdə direktor vəzifəsinə vakant yerin çıxarıldığını qeyd edib:
“Hazırda Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsi davam edir. Buna əsasən də güman edirik ki, vakant yerlərin hamısına direktor təyin edə biləcəyik".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay