Qurban Yetirmişlidən yeni seysmik stansiyalarla bağlı AÇIQLAMA
“Böyük Britaniyanın Oksford və Kembric Universitetləri ilə əməkdaşlığın qurulmasına dair bu ilin birinci yarısında çoxsaylı görüşlər və müzakirələr aparılıb”.
Valyuta.az-ın xəbərinə görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, yaxın vaxtlarda hər iki universitetin nümayəndələri Azərbaycana səfər edəcəklər.
Q.Yetirmişli Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda quraşdırılacaq seysmik stansiyalarla bağlı da məlumat verib.
22 seysmik stansiyanın artıq ölkəmizə gətirildiyini bildirən direktor deyib ki, həmin stansiyaların 12-si palçıq vulkanlarının ətrafında quraşdırılacaq:
“Hazırda stansiyaların quraşdırılması istiqamətində intensiv iş gedir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay