Vergi
10.03.2021 / 11:24
Vergi orqanları ötən il 27 mln.-luq maliyyə sanksiyaları tətbiq edib
8799
Azərbaycanın vergi orqanları tərəfindən 2020-ci ildə qanunvericiliyin tələblərinə əməl etməyən vergi ödəyicilərinə ümumilikdə 27 392,8 min manat məbləğində maliyyə sanksiyaları tətbiq edilib.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Bundan əlavə, vergi orqanları tərəfindən 23,7 min manat inzibati cərimə tətbiq edilib. Ötən il həyata keçirilmiş operativ vergi nəzarət tədbirlərinin sayının 2019-cu illə müqayisədə 42,2% azalmasına baxmayaraq, tətbiq olunmuş maliyyə sanksiya və inzibati cərimənin məbləği 2,1 dəfə artıb.
Qeyd edək ki, başa çatan nəzarət tədbirləri üzrə maliyyə sanksiyalarının 91,3%-i mal qalığı, əmək və nəzarət kassa aparatları tədbirlərini payına düşüb. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay