BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8519
  • RUB
    1.9517
  • TRY
    0.0465
  • GBP
    2.2035
62617

Sahibkarlıq fəaliyyətinin düzgün şəkildə davam etdirilməsi üçün vergi öhdəliklərinə riayət etmək vacibdir. Lakin Azərbaycanda bir çox sahibkarlar vergi sahəsində müxtəlif səhvlər buraxır ki, bu da əlavə cərimələrə və maliyyə itkilərinə səbəb ola bilər.

Azərbaycan sahibkarlarının vergi sahəsində ən çox buraxdığı səhvlər hansılardır və bunların qarşısını necə almaq olar?

Valyuta.az-a açıqlamasında biznes kouç Zülfiyyə Cəfərova bildirib ki, sahibkarlıq fəaliyyətində vergi ilə bağlı yaranan səhvlər müxtəlif səbəblərdən qaynaqlanır və bu vəziyyət hər bir sahibkar üçün fərqli olur:  “Bir qrup sahibkar daim öyrənir, vergi sahəsindəki dəyişiklikləri izləyir, sənədləşmə və uçotunu düzgün təşkil edir. Lakin onlar vergi planlamasına diqqət yetirmir. Bu, vergilərin optimallaşdırılmasını və artıq vergi yükünün qarşısını almaq üçün hansı addımların atılacağını müəyyən etməməklə yanaşı, nağd pul dövriyyəsini də düzgün planlaşdırmamağa səbəb olur. Nəticədə, ilin sonunda ödəniləcək vergilər üçün kifayət qədər vəsait təmin etməkdə çətinliklər yaranır. Bu qrup sahibkarlara tövsiyəm peşəkar məsləhətçilərlə əməkdaşlıq etsinlər və vergi planlamasına ciddi yanaşsınlar”.

Z.Cəfərovanın fikrinə görə, digər sahibkar qrupunda isə vergi qanunvericiliyinin tam anlaşılmaması problemi mövcuddur:  “Vergi Məcəlləsinə hər il edilən dəyişikliklər – yeni güzəştlər, köhnə güzəştlərin sərtləşdirilməsi, yeni bazar iştirakçılarının cəlb edilməsi, sanksiyaların artırılması və digər məsələlər sahibkarları, xüsusən də regionda fəaliyyət göstərən mikrosahibkarları narahat edir. Bu səbəbdən bəzi sahibkarlar vergidən yayınmaq üçün qanunsuz yollara müraciət edirlər, məsələn, post-terminal ilə ödəniş qəbul etməmək, icarə haqqını formal və qeyri-formal hissələrə bölmək, əmək müqaviləsi bağlamadan işçi götürmək. Lakin ən ciddi səhv qeyri-peşəkar şəxslərin məsləhəti ilə bu yollara müraciət etməkdir. bu da biznesin risk altına düşməsinə səbəb olur”.

“Bu sahibkarlara tövsiyəm düzgün qərarlar qəbul etmək üçün maariflənməyə, etibarlı mənbələrdən məlumat əldə etməyə və peşəkar məsləhətçilərin dəstəyindən yararlanmağa üstünlük versinlər”, - deyə əlavə edib.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Alış-veriş zamanı büdcəmizə necə qənaət edək?

ABŞ fond bazarı üç həftə ərzində 5 trilyon dollar dəyər itirib

Dünyanı 95 dəqiqəyə dolaşmaq: Gələcəyin kosmik təyyarəsi təqdim edildi

BMW-nin mənfəəti kəskin azaldı: "Bu oyunda qalib yoxdur"

30 manatlıq şirkətinin 50 minlik borcu var

"Control Union Azerbaijan" nizamnamə kapitalını 175 min dollara endirdi

Bayden Tramp üçün 300 milyard dollarlıq borc saxlayıb

Sumqayıt bulvarında cari təmir üçün 250 minlik tender

“Emininşaat”ın rəhbərinə “stop” qoyuldu

15 avtomobil hərraca çıxarılacaq -4900 manatdan

"Xəzər Konsaltinq Agentliyi"nin borcu 100 minə yaxınlaşır

“A Glass Travel” şirkətinin rəhbərinə “stop” qoyuldu

Deputatlarımız 14 məsələnin müzakirəsi üçün bir araya gələcək

Novruz gəlir - Bayram günlərində nə və necə yeyək?

İlham Əliyev “Euronews" televiziyasına müsahibə verdi - TAM MƏTN

Naxçıvan MR DSMF ABB ilə 400 min manatlıq müqavilə bağlayacaq

Dövlət Turizm Agentliyində yoxlama aparılır

74 yaşlı sahibkarın ölkədən çıxışına "stop" qoyuldu

Ekologiya nazirliyinin bu qurumu qonaqların qəbuluna 151 min manat xərcləyəcək

Gömrük Komitəsi itlər üçün oyuncaq top alır - 223 minlik tender

Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu - Video

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Komitə sədri “Sovetski”nin tamamilə sökülməsi məsələsinə münasibət bildirib

Korrupsiya İdarəsi bu qurumda yoxlamalara başladı

İstifadəçilərə qarşı ən çox casusluq edən süni intellekt sistemləri açıqlandı

Sertifikatlaşdırmadan sonra müəllimlər nə qədər maaş alırlar?

Kriptovalyutalar Azərbaycanın bank sektorunu zəiflədə bilərmi?

Qəbul imtahanında ən yüksək balı bu xanım topladı

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin