BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.851
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2223
57567

Son illərdə ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq vəsaitlərin köçürülməsi, əmlakların verilməsi aktuallaşıb. ƏDV ödəyicisi olan fiziki və ya hüquqi şəxslər daşınar və daşınmaz əsas vəsaitlərini dövlət qurumlarına və ya ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz verdikdə ƏDV-yə cəlb edilirmi? “vergiler.az”ın sualına iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirir. 

Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.

Misal: “X” MMC ƏDV ödəyəcisidir. O, digər ƏDV üzrə vergi ödəyicisindən 2024-cü ilin oktyabr ayında 30.000 manat (ƏDV-siz) dəyərində nəqliyyat vasitəsini alaraq Qarabağ Dirçəliş Fonduna əvəzsiz olaraq verib. “X” MMC nəqliyyat vasitəsinə görə digər vergi ödəyicisinə 30.000 manatı bank hesabına, 5.400 manat (30000 x 18%) ƏDV hissəsini isə vergi ödəyicisinin depozit hesabına ödəyib. Bu zaman “X” MMC Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən həmin nəqliyyat vasitəsini əvəzsiz verdiyi üçün ƏDV üzrə öhdəliyi yaranmayacaq. Belə ki, müəssisə ƏDV bəyannaməsinin Əlavə 3 bölməsinin əlavə dəyər vergisinə cəlb olunmayan sətirində qeydiyyatını apararaq dövlət büdcəsinə bəyan edəcək.

Bəs bu halda “X” MMC qarşı tərəfə ödədiyi ƏDV-ni oktyabr ayının ƏDV bəyannaməsində əvəzləşdirə biləcəkmi?

Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, dövlət qrumlarına və ya ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz verilən əsas vəsaitlərə görə ödənilən ƏDV məbləği əvəzləşdirilir. Buradan aydın olur ki, “X” MMC oktyabr ayının ƏDV bəyannaməsinin 308-ci xanasında ƏDV üzrə ödədiyi 5.400 manatı rahatlıqla əvəzləşdirə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone" "Samsung" smartfonlarından daha tez ucuzlaşmağa başladı

Maliyyə Nazirliyi 2025-ci ilin dövlət büdcəsinin artırılmasını şərh edib

Maliyyə Nazirliyi 2025-ci ilin dövlət büdcəsinin artırılmasını şərh edib

ABŞ-da "Kaspersky" istifadəçiləri sanksiyalara görə VPN-dən istifadə edir

"Azfem" cərimələnə bilər

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

Fransa İsrail şirkətlərinin ticarət sərgisində iştirakını qadağan edib

"Google Play" 8 milyon dəfə yüklənmiş 200 zərərli proqram tapdı

"L.a. Uğur Group" məhkəmə qarşısında

Kəmaləddin Heydərov general Rəfail Mehdiyevə vəzifə verdi

Sabah Bakının bu ərazisində qaz olmayacaq

Sabah Bakının bu ərazisində qaz olmayacaq

Rusiyanın bank sistemində maliyyə "trombu" yarandı

İtaliya kriptovalyutaya vergini artıracaq

Tələbələrin təqaüdündən hər ay niyə pul tutulur?

Əmlakların ictimai və sosial fondlara əvəzsiz olaraq verilməsinə görə vergi öhdəliyi yaranırmı?

Növbəti il dövlət büdcəsinin kəsirinin yuxarı həddi azaldılır

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahibi ilə "Avand Company" arasında icarə mübahisəsi

Viza düzəltmək adıyla 200-dən çox vətəndaşa qarşı dələduzluq edilib

Milli Məclis 20 min manatlıq kağız paket alır

"Qala Sığorta"dan maddi ziyan tələb edilir

Uşaqpulu ilə bağlı yenilik gözlənilir

Donald Trampın 3 ayda “Bitcoin” və altkoinlərdə yığılan ianələrinin miqdarı AÇIQLANDI

Donald Trampın 3 ayda “Bitcoin” və altkoinlərdə yığılan ianələrinin miqdarı AÇIQLANDI

Birinci beynəlxalq "Avrasiya" kinofestivalı keçiriləcək

Kapital Bank-ın 150 illiyinə həsr olunan lotereyada 150 000 AZN mükafatın sahibi bəlli oldu ®

"Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası” dəyişdi

600 bal toplamış çağırışçılar bu universitetdə xidmət çəkəcək

Pensiya ödənişləri ilə bağlı vətəndaşlara MÜRACİƏT

Cəbrayılda birmərtəbəli evlərin birinin tikintisi 156 min manata başa gələcək - TENDER

Gələn il 62 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq

Dövlət büdcəsində bəzi vergi və gömrük rüsumları üzrə proqnozlar artırılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin