BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9597
  • RUB
    2.1795
  • TRY
    0.0429
  • GBP
    2.2944
57171

Daniel Houley (Daniel Howley),
Yahoo Finance-ın texnologiya direktoru

Meta (META) haqqında düşünəndə yəqin ki, ağlınıza Facebook, Instagram və ya "metaverse" gəlir. Lakin sosial media şirkəti sürətlə OpenAI, Microsoft (MSFT) və Google (GOOG, GOOGL) kimi şirkətlərlə eyni səviyyədə süni intellekt (AI) sahəsində liderlərdən birinə çevrilir.

Meta-nın AI sahəsində uğuru, şirkətin Facebook, Instagram və WhatsApp kimi platformalarına inteqrasiya etdiyi Llama model ailəsi ilə bağlıdır. Şirkətlər də Llama modelindən faydalanır. Avqust ayında Meta, Accenture (ACN), DoorDash (DASH) və Goldman Sachs (GS) kimi təşkilatların öz AI proqram təminatlarını inkişaf etdirmək üçün Llama-dan istifadə etdiyini açıqlamışdı.

Meta yalnız AI-ni öz məhsullarına tətbiq etməklə kifayətlənmir, eyni zamanda Llama modellərini açıq mənbə (open-source) proqram kimi təklif edir. Ümumiyyətlə, açıq mənbə proqramı şirkətlərin yaratdığı və inkişaf etdiricilərin pulsuz yükləyib təkmilləşdirə biləcəyi proqram təminatıdır. Bu, məsələn, OpenAI-nin GPT model ailəsi üçün tətbiq etdiyi qapalı mənbə (closed-source) yanaşmasından fərqlənir.

Bütün bunlar Meta-nı AI sahəsində güclü rəqibə və AI sahəsindəki digər rəqibləri üçün potensial təhdidə çevirib.

“Əgər Llama mövcud olmasaydı, OpenAI və [Google-un] Gemini platformaları daha yaxşı mövqedə olardı”, — deyə Deepwater Asset Management şirkətinin idarəedici tərəfdaşı Cene Munster Yahoo Finance-a bildirib. “Şübhəsiz ki, bəzi inkişaf etdiricilər Llama olmasaydı, bəlkə də Gemini və ya GPT-yə yönəlməyə məcbur qalardılar.”

Lakin AI sənayesi hələ inkişaf mərhələsindədir və gələcəkdə hansı şirkətin böyük uğur qazanacağını demək çətindir.

Meta uzunmüddətli plan qurur

Meta-nın AI strategiyası şirkətə yaxın və uzunmüddətli perspektivdə bir sıra üstünlüklər verə bilər. İlk növbədə, şirkət Llama modellərini öz məhsullarına tətbiq edərək, proqram təminatını təkmilləşdirməklə yanaşı, bu proqramın real dünyada effektivliyini sübut edir.

Nəticədə, əgər Meta öz modellərini məhsullarında istifadə edirsə, üçüncü tərəf inkişaf etdiricilər də niyə istifadə etməsinlər? Llama ailəsi açıq mənbə olduğu üçün inkişaf etdiricilər proqramın daxili məzmununu araşdıra və zamanla hansısa səhvləri və ya riskləri aradan qaldıra bilərlər.

“Meta AI-ni demokratikləşdirib, onu açıq mənbə kimi təqdim edir və öz platformalarında istifadə edir”, — deyə Futurum Group-un CEO-su Daniel Neuman bildirib. “Onlar bunu bütün səviyyələrdə tətbiq ediblər.”

Təbii ki, Llama Meta-nın mövcud proqramlarını təkmilləşdirməyə və inkişaf etdiricilər arasında müsbət imic yaratmağa kömək etməklə yanaşı, uzun müddətdə sabit gəlir mənbəyinə çevrilə bilər.

“Biz bunun açıq olmasını istəyirik, amma Microsoft, Amazon və ya Google kimi birisinizsə və bu xidmətləri təkrar satırsınızsa, bunun üçün biz gəlirin bir hissəsini almalı olduğumuzu düşünürük”, — Meta-nın CEO-su Mark Zuckerberg 2023-cü ilin üçüncü rübünün gəlir hesabatında qeyd edib. “Bu tip müqavilələr bağlamağı planlaşdırırıq və artıq bu istiqamətdə müəyyən addımlar atmışıq.”

Zuckerberg bu müqavilələrin hazırda Meta-nın gəlirinə böyük təsir etməyəcəyini desə də, uzun müddətdə bu potensialdan ümidlidir.

Son 12 ay ərzində Meta-nın səhmləri 85% artıb, müqayisə üçün Microsoft və Google-un səhmləri müvafiq olaraq 25% və 18% artıb. Analitiklər şirkətin səhmlərinin gəlirlərə nisbətən yaxşı qiymətləndirildiyini deyirlər, lakin AI-nin sosial media şirkətinin məhsullarını necə gücləndirəcəyinə dair gözləntilər də Meta-nın uğurunu dəstəkləyən amillərdəndir.

Meta-nın rəqibləri yerində durmur

Meta-nın açıq mənbə modelləri ona rəqabət üstünlüyü verə bilər, lakin bu, OpenAI, Google, Microsoft, Anthropic və AI yarışında mövqe uğrunda mübarizə aparan digər şirkətləri oyundan çıxarmaq anlamına gəlmir.

“Bu, rəqabətli bir yanaşmadır, çünki inkişaf etdiricilər üçün əla və ucuz alternativdir”, — deyə Munster bildirib. “Bu, ən inkişaf etmiş və ən ucuz alternativdir.”

Meta-nın modelləri inkişaf etdiyi kimi, rəqiblərin modelləri də təkmilləşir. OpenAI və Anthropic-in müvafiq olaraq Microsoft və Amazon (AMZN) ilə maliyyə dəstəyi müqavilələri var ki, bu da onlara illər ərzində inkişaf etmək üçün lazım olan maliyyəni təmin edir.

Google isə dünya üzrə yüz milyonlarla Android smartfonlarında Gemini platformasını təklif etmək üstünlüyünə sahibdir, OpenAI isə yaxın aylarda Siri vasitəsilə iPhone-lara inteqrasiya olunacaq.

İstifadəçilər Meta-nın AI xidmətlərindən onun tətbiqləri vasitəsilə istifadə edə bilsələr də, cihazlarına inteqrasiya olunmuş AI köməkçisini açmaq üçün üçüncü tərəf proqramdan istifadə etmədən çağırmaq daha rahat olardı. Lakin Meta-nın 3,27 milyard gündəlik aktiv istifadəçisi olan tətbiqləri ilə kifayət qədər imkanları var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bitcoin" kəskin dəyər itirir - 99 min dollar oldu

Azərbaycanda ən çox hansı ölkələrdən tələbələr oxuyur?

İşinizin sizə uyğun olmadığını göstərən 10 əlamət

Avropada ikinci əl telefonlara maraq artır: həm iqtisadi, həm ekoloji qazanc

Z nəsli düyməli telefonlara qayıdır

Bu gün doktorantura və dissertantura səviyyəsi üzrə imtahan keçirilib

Problemli kreditlərdən necə xilas ola bilərik?

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Adi məhsuldan 240 milyon dollarlıq sərvət yaratdı

İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO

"Elite İnvest Group"un 81 min manatlıq vergi borcu var

Kazinoya icazə Azərbaycana nələr qazandıracaq?

“Görünməz incəsənət”i görünən qiymətə satdılar - 17 min manatlıq əsər

Qlobal bazara Azərbaycan məhsulları: ABŞ-yə yumurta, Çinə toyuq ayağı

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

“Azhouse” şirkətinin rəhbərinə “stop” qoyulub

Hər Aİ-yə verilən sual havanı çirkləndirir - ALİMLƏR

Hərraclar haqqında: Dövlət torpaqları kimə və necə satılır?

KOBİA-nın 416 min manatlıq tenderi niyə ləğv edilib?

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

"iPhone 17" modellərinin rəngləri açıqlandı - Ən azı bir yeni rəng olacaq

DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU

Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edilib

Bu MMC-nin vəzifəli şəxsi həbs edilib

Amerikalı işçilər xoşbəxtdirlər - 37 ilin ən yüksək göstəricisi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ

17 min abonentin qaz təchizatı dayandırılacaq

Nazirlik 230 min manatlıq geyim dəsti alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin