BAKU Azərbaycan
12.53°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
57349

Biznes və strateji idarəetmə üzrə konsultant Seymur İlyasovun "Bu fürsəti qaçırma" kitabından...

Zəka və bacarıq nə qədər əhəmiyyətli olsa da, əsas məsələ bunlardan nə dərəcədə səmərəli istifadə edə bilməyimizdir. Naida Camukova zəka testinə görə, dünyanın ən zəki insanı seçilib. 

Yaxşı, bu zəki insanın gördüyü işlər nələrdir? Dünya siyasətində hansı xidmətləri olub?

- Heç bir xidməti olmayıb.

Bəlkə, dünya iqtisadiyyatına yön verib?

- Xeyr, onu da etməyib.

Dünyada hansısa təhsil müəssisəsini fərqli üslubda inkişaf etdirib?

Xeyr.

Beynəlxalq aləmdə əhəmiyyətli işlərə imza atıb?

- Bunu da etməyib.

Bəs nə işlə məşğuldur, hansı işi icra edir? 

- O, sadəcə bir müəllimdir. 

Yaxşı, bəs dünyanın müqəddəratını kimlər dəyişir? Ehtimal ki, IQ testlərinin nə olduğunu bilməyən, buna əhəmiyyət belə verməyən insanlar... Bəlkə də onların əksəriyyətinin IQ-su ən aşağı səviyyədədir.

Bəzi insanlar IQ ortalaması aşağı olduqda belə beynəlxalq səviyyəli şahmat ustası olmağı bacarıb. Deməli, bu insanları fərqləndirən xüsusi faktor IQ ilə əlaqəli deyil. Çünki bu insanların çoxu qeyri-adi bacarığa malik insanlar deyildilər. 

İdealist, xəyallarının arxasınca gedən insandır. Realist isə dünyanı bütün reallıqları ilə olduğu kimi qəbul edib həyatını bu reallıqlara görə formalaşdıran insandır. Bir insan inkişaf edə bilirsə, bu onun daha üstün bacarıqlara sahib olması və bu bacarıqlardan səmərəli istifadə etməsi ilə; bir şirkətin inkişafı onun funksiyalarının yüksək səviyyədə təşkili və idarə edilməsi ilə; bir ölkənin inkişafı isə onun qurumlarının və bu qurumlar arasındakı əlaqələrin yüksək səviyyədə təşkil olunması ilə əlaqədardır. Dünyanın ədalətli yer olmadığını deyən insanlar adətən ədalət naminə heç bir cəhd etməyən insanlardır. 

Son 300 ilə qədər insanlar gəlirlərini əkinçilikdən əldə etmiş, cəmiyyət əkinçilik ətrafında toplanmışdı, yəni torpaq kimdə idisə, pul da onun cibinə gedirdi. Əkinçilik dövründə əsas məhsul taxıl idi. Ondan sonra sənaye dövrü gəldi və məhsul insanın birbaşa fiziki əməyinin yox, texnologiyanın məhsulu olmağa başladı. Beləliklə, pul, torpağı çox olanın yox, texnika, texnologiya və innovasiyası çox olanın cibinə getdi. Daha sonra elm dövrü başladı və artıq məhsul nə əkinçiliyə, nə də texnologiyaya aid idi. Artıq ən çox gəlir gətirən məhsullar savad və elmdir. Odur ki, elmə doğru şəkildə yiyələnib ondan düzgün istifadə edən insanlar daha tez zəngin ola bilir.

1900-cü illərdə olimpiada oyunlarında 100 metr məsafədəki kişilərin qaçış üzrə rekordları 11 saniyə idi. Dövrümüzdə isə bu müddət nəinki bir olimpiadanın rekordu, heç liseylərarası yarışlarda belə qənaətbəxş hesab edilmir. 1924-cü il olimpiadasında təhlükəli idman növü olduğu üçün cüt salto vurmaq qadağan olundu. İndi isə standart hərəkət olaraq qəbul edilir. 1896-cı ildə olimpiada marafonunu birinciliklə bitirənin göstərdiyi nəticə hazırda minlərlə həvəskardan Buston marafonuna qoşulmaq üçün tələb olunan nəticədən daha az hesab olunur. Akademik sahədə də bu standartlar getdikcə yüksəlir.

XIII əsrdə kiminsə riyaziyyat sahəsində peşəkarlaşması 30 il vaxt aparırdı. Dövrümüzdə isə ali riyaziyyat universitetlərdə tələbələrə tədris edilir. Bu, bizim daha zəkalı olmağımızdan yox, riyaziyyat texnikalarının inkişafı və müəllimlərin professional fəaliyyətindən qaynaqlanır. Bunun kimi bir çox sahələrdə standartlar yüksəlir. Çünki elm və texnika durmadan inkişaf edir.

Əvvəllər parlaq fikir önəmli və nadir tapıntı hesab edilirdi. Sonralar fikir artmağa başladı və onu tətbiq edə bilmə əhəmiyyət kəsb etdi. İndi isə tətbiqlə bağlı problem yoxdur. Bu günün tələbi daha üst səviyyəli fikirlər icad etməkdir. Bunun üçün insan əvvəlcə özünü kəşf etməli və öyrənməli, nələri daha yaxşı və fərqli edə bildiyini müəyyənləşdirməlidir.

Bu qədər sürətli inkişafın səbəbi insanların professional şəkildə uzunmüddətli və daha əzmlə etdiyi təcrübələrdir. Dəqiqləşdirdiyi istiqamət üzrə mütəmadi olaraq çalışıb özünü inkişaf etdirən insan arzuladığını bacara və əldə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qrenlandiya partiyaları Trampın təzyiqi fonunda yeni hökuməti elan ediblər

Məşhur film şirkəti iflasa uğradı

ING Azərbaycanda orta illik inflyasiya proqnozunu yeniləyib

"iPhone" istifadəçiləri üçün "WhatsApp"da yeni funksiya

Əsassız yaranmış kommunal borcun silinməsi üçün hansı addımlar atılmalıdır?

"Meta"dan nostalji yaradan addım - "Facebook"un bu özəllikləri geri dönür

Mehman Veysəlov onları müdir təyin edib

Sənədsiz evlər probleminin həlli niyə gecikir?

Fitrə zəkatı nə vaxt verilməlidir? - RƏSMİ

Fitrə zəkatı nə vaxt verilməlidir? - RƏSMİ

BƏƏ Türkiyənin bu bankını aldı

Ağdamda tikilən evlərin həyətyanı sahəsi nə qədərdir?

Ağdamın Sarıcalı kəndində iki mərhələ üzrə 425 fərdi ev tikiləcək

"İnstagram" istifadəçilər üçün yeni funksiya təqdim edib

"Tesla" qiymətləri qaldırır

Azərbaycan üçün 173 milyon dollarlıq layihə - Dünya Bankı təsdiqlədi

Avtobuslarla bağlı yenilik: İş saatı artırılacaq, yalnız elektrikli avtobuslar işləyəcək

İş görüşməsində 100/100 seçilmək istəyirsinizsə... - Ekspert açıqladı

Ötən il Rusiya vətəndaşlığını alan əcnəbilərin sayı rekord səviyyədə düşdü

Qiymət və keyfiyyət baxımından ən yaxşı avtomobillər - Siyahı

Bakıda daha bir dairə ləğv edilir: Məşhur restoran sökülür

Bakıda daha bir dairə ləğv edilir: Məşhur restoran sökülür

Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR

Dələduzların yeni oyunu - "Bank kartını icarəyə ver, 5000 manat qazan"

Malayziyaya səyahət neçəyə başa gəlir? - Viza tələbi yoxdur

Neftimizin qiyməti cüzi azalıb

"Amazon" yeni süni intellekt funksiyasını təqdim edib

"Bitcoin" və altcoinlərin qiymətləri düşdü

“Melissa Group”un rəhbəri saxlanıldı

“Melissa Group”un rəhbəri saxlanıldı

Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual - SƏHƏR OXUSU

"Wall Street"də bonuslar rekord həddə çatıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin