BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
37825

Qanunvericilikdə işçinin hərbi və ya alternativ xidmətə çağırılması zamanı ona orta əməkhaqqının bir neçə misli həcmində müavinət verilməsi nəzərdə tutulur. Mövzunu təlimçi ekspert Aqil Ağayev təhlil edir:

Valyuta.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki,Əmək Məcəlləsinin 77-ci maddəsində işçinin hərbi və ya alternativ xidmətə çağırılması zamanı ona orta əməkhaqqının ən az iki misli miqdarında müavinətin ödənilməsi tələb edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun 50.1-ci maddəsində isə müavinətin orta əməkhaqqnın üç misli miqdarından az olmayaraq ödənilməsi yer alıb. Təcrübədə hər iki qaydada müavinətin ödənilməsi hallarına rast gəlinir.

Düzgün variantı müəyyən etmək üçün “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun yanaşmalıyıq. Qanunun 10.3-cü maddəsində göstərilib ki, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Burada sahə normativ hüquqi akt dedikdə, Əmək Məcəlləsini üstün tutmalıyıq.

Orta əməkhaqqı hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən aparılır: işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Misal: 2023-cü ilin 30 aprel tarixində işçi hərbi xidmətə çağırılıb. Onun əməkhaqqı və iş günləri aşağıdakı kimidir:

Mart ayı - 17 iş günü, 1000 manat hesablanmış əməkhaqq;

Fevral ayı - 20 iş günü, 1.000 manat hesablanmış əməkhaqqı;

Aprel ayı - 18 iş günü.

1.000+1.000 = 2000 manat;

17 + 20 =37 gün;

2.000 : 37 = 54.05 manat (bir günlük orta əməkhaqqı);

54.05 x 18 = 972,9 manat (orta əməkhaqqı).

Beləliklə, işçi hərbi xidmətə çağırıldığı üçün ona orta əməkhaqqının iki misli məbləğində müavinət ödənilməlidir: 927.9 x 2 = 1945,8 manat.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin