14.08.2023 / 16:41
Daha bir iş adamı vergi borcunu ödəməkdən yayınıb - Ölkədən çıxışına “stop” qoyuldu
31491
“İntensiv Company” MMC-nin qanuni təmsilçisi Quliyev Habil Famil oğlunun ölkədən çıxışı məhdudlaşdırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Gəncə Kommersiya Məhkəməsinin hakimi Gülnaz Quliyeva qətnamə qəbul edib.
Səbəb “İntensiv Company” MMC və Habil Quliyevə bağlı digər şirkətlərin ümumilikdə 41 878,61 AZN vergi borcu yaranıb.
Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edib.
Məhkəməyə verilməsinə baxmayaraq Habil Quliyevin şirkətlərinin vergi borcu bir qədər də artıb.
Hazırda təkcə “İntensiv Company” MMC-nin 29 995,79 AZN vergi borcu var.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay