Vergi
24.07.2023 / 18:33
Vergi borcu ilə gündəmə gələn şirkətdən maddi ziyan tələbi
30683
“Azər-Ross i K” Mənzil Tikinti Kooperativi (MTK) məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı Məmmədov Hümbət Asan oğludur.
Onun iddiası Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin icraatındadır. İşin mahiyyəti maddi ziyanın ödənilməsi ilə bağlıdır.
“Azər-Ross i K” MMC 22 dekabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin qanuni təmsilçisi Kərimov Rauf Sabir oğludur.
“Azər-Ross I K” MMC bir müddət əvvəl külli miqdarda vergi borcu ilə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, MTK-nın 5 505 747 AZN vergi borvu var.
Şirkətin bu günə olan vergi borcu 33025,54 AZN-dir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay