BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
8861

Naftalan şəhərində dünyada ən sürətlə böyüyən ağaclar əkilir.

Şəhər İcra Hakimiyyətindən daxil olmuş məlumata görə, Pavlovniya və ya Adəm ağacı adı ilə tanınan ağaclar dünyada ən sürətlə, ildə 3 metrə qədər böyüyən, havanın çirklənməsinin qarşısını alan bir ağac növüdür.

Hündürlüyü 18-20 metrə qədər uzanan qiymətli ağac cinslərinə aiddir. 100 ilə  qədər yaşayır. Mebel, musiqi alətləri istehsalı, bəzək əşyaları istehsalı və ən əsası keyfiyyətli kağız istehsalı kimi bir çox sahədə uğurla istifadə edilə bilən qiymətli bir materialdır. 

Çiçəklərində bol bal ekstraktı olduğundan arıçılar  onu bal gətirən ağac kimi əkirlər, gülləri nektarla zəngindir, alınan bal şəffaf və ətirlidir.

Pavlovniyadan yüksək keyfiyyətli Pellet yanacağı əldə etmək olur ki bu da istilik enerjisinin ekoloji təmiz alternativi olan bioyanacaqdır. Ən önəmli özəlliklərindən biridə ağac qırılmasına və ya kəsilməsinə baxmayaraq 5 dəfə yenidən eyni ölçüdə  böyüməsidir.

"Əminik ki, günü-gündən gözəlləşən Naftalanımızda bu cür nadir ağac növlərindən sayılan Pavlovniyanın da olması həm şəhər əhalisinin, həm də şəhərimizə gələn çoxsaylı turistlərin böyük marağına səbəb olacaq. İlkin mərhələdə 300 ağacın əkilməsi planlaşdırılır. Şəhərdə görülmüş digər işlərlə yanaşı müxtəlif növ dekorativ ağacların əkilməsi də şəhərin füsunkar görüntüsünə rəng qatır. Kurort şəhəri Naftalanda ümumilikdə yaz mövsümündə 3000-dən çox ağac eldar şamı, evkalipt, göyrüş ağacları əkiləcək",- məlumatda deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB

Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?

Ötən il əsas kapitala nə qədər investisiya yatırılıb?

Trampın qonşuluğundakı malikanənin qiyməti açıqlandı - Foto

Əmək müqavilələrinin sayı 1 mln. 873 minə çatıb

Yanacağa qənaət etməyin 10 SADƏ YOLU

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktidada aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin