BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
8276

"General de Europe” jurnalında siyasət elmləri doktoru və Yaxın Şərq araşdırmaçısı Sebastyan Bussuanın “Dağlıq Qarabağın yenidən qurulması və qonşu ölkələr arasındakı münasibətlərin inkişafı coğrafi bir çağırışdır” başlıqlı məqaləsi dərc olunub.

Yazıda bildirilir ki, Cənubi Qafqazdakı müharibə artıq bitib və Azərbaycanın üzərində böyük öhdəliklər var. Ölkə həm Ermənistanla münasibətlərini normallaşdırmalı, həm də Qarabağın yenidən qurulmasını və yüz minlərlə qaçqının öz yurdlarına qayıtmasını təmin etməlidir. Lakin vəziyyət olduqca mürəkkəbdir, çünki ermənilər 27 il ərzində işğal altında saxladıqları əraziləri nəinki inkişaf etdirib, əksinə bütün mövcud infrastrukturu dağıdıblar. İndi Azərbaycan əraziləri minalardan təmizləməkdən başlayaraq, çox iş görməlidir. Bu, həm də ölkə üçün çoxmədəniyyətli bölgəni təbii turizm zonasına çevirmək üçün misilsiz fürsətdir.

Məqalədə qeyd olunur ki, bölgədə sülh Rusiyanın himayəsi altında imzalanan üçtərəfli müqavilə ilə qorunur. Lakin bu razılaşmanın kağız üzərində qalmaması üçün hələ çox işlər görülməlidir. 

Azərbaycan iki xalq arasında münasibətləri normallaşdırmağa çağırır. Bu, Azərbaycanın mədəni və etnik müxtəlifliyinindən doğur.

Müəllif Qarabağ və Naxçıvanın əlaqələndirilməsinin vacibliyindən də bəhs edir. O bildirir ki, ölkənin cənub-qərbindəki Zəngilan şəhərindən başlayacaq və on illər ərzində ilk dəfə İrana keçmədən Azərbaycanı və onun Naxçıvan vilayətini birləşdirəcək dəhlizin məqsədi regional inkişafı təmin etmək olmalıdır. Bu dəhliz həm də Çin İpək Yolunun bir şaxəsi kimi ona daha çox ehtiyacı olan Ermənistan üçün iqtisadi baxımdan böyük fürsətdir. Çünki bu regional iqtisadi əməkdaşlıq avropalıların da bölgəyə marağını artıracaq və onlar yoxsulluq içində batan Ermənistana kömək edəcəklər. Hər halda, iki ölkə arasındakı davamlı bir sülh daha çox iqtisadiyyatdan asılıdır. Buna görə də iqtisadi maraqların bir araya gəlməsi olduqca vacibdir.

Sonda S.Bussua Azərbaycanın “Qafqazın əjdahasına” çevrildiyini, Ermənistanın isə kasıb bir ölkə olduğunu xatırladır. O qeyd edir ki, bu gün Azərbaycan bütün regionu canlandırmaq və bölgəni misilsiz turizm, iqtisadi və mədəni cazibə qütbünə çevirmək gücünə malikdir. Bu isə əslində bütün tərəflərin marağına uyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur dərman şirkəti bu ili milyonlarla avro məbləğində zərərlə başlayıb

Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq

Mercedes Dubayda 1 milyard dollarlıq bina tikir

Alibaba GPT-4 analoqunu təqdim edib

3 şəhərin baş planı hazırlanır  - 1,6 milyon ayrıldı

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: "Afterşoklar ola bilər"

Azərbaycan ötən il Rusiyadan nə qədər araq alıb? - İlk "beşlik"dəyik

Azərbaycanda 5,2 bal gücündə zəlzələ oldu

“WhatsApp”ın dizaynı dəyişdi - Foto

“WhatsApp”ın dizaynı dəyişdi - Foto

Nazirdən yeni təyinat

Rusiya məşhur azərbaycanlı reperi borca görə axtarışa verdi

DYP sürücülərə müraciət etdi

Köhnələn avtomobil parkını necə yeniləməlidir?

Bu ölkə 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb

Milyarderlərin ən çox olduğu 10 şəhər

Sabahın hava proqnozu

Ukraynaya daha 400 milyon dollarlıq hərbi yardım ayrılıb

Qızıl və gümüşün qiyməti daha da artıb

Qızıl və gümüşün qiyməti daha da artıb

Bakıda bu ərazidə yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakıda idman zallarında qiymətlər necədir? (VİDEO)

Əksər rayonlara yağış yağıb - FAKTİKİ HAVA

14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi (FOTO)

Dünyanın ən qiymətli kosmetika markaları – SİYAHI

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Daha bir şirkət cərimələnir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin